Accessibility links

ABŞ Dövlət katibi İsraildə səfərdədir


Antoni Blinken
Antoni Blinken

ABŞ Dövlət katibi Antoni Blinken fələstinli HƏMAS militantlarının hücumlarından sonra Vaşinqtonun İsraillə həmrəy olduğunu göstərmək və münaqişənon genişlənməsinin qarşısını almaq üzərində işləmək məqsədilə cümə axşamı Yaxın Şərq səfəri çərçivəsində Tel-Əvivə gedib. Blinken həmçinin HƏMAS-ın qaçırdığı girovların sərbəst buraxılmasını təmin etməyə çalışacaq ki, onların bəziləri amerikalılardır, və İsrail və Misirlə İsrailin mümkün quru üzərindən hərbi müdaxiləsindən öncə Qəzza mülkilərinin anklavdan təhlükəsiz şəkildə çıxmasını təmin etmək üzərində danışıqlar aparacaq.

İsraildən sonra Blinken İordaniyaya səfər edəcək və orada Kral Abdulla və Fələstin Milli İdarəsinin Prezidenti Mahmud Abbasla görüşəcək.

Blinkenin səfəri İsrail fələstinlilərlə davam edən münaqişəsinin 75 illik tarixində ən güclü bombalama kampaniyasını həyata keçirdiyi və hücumlara cavab olaraq Qəzza zolağını idarə edən HƏMAS hərəkatını məhv etməyi vəd etdiyi vaxta təsadüf edir.

İsrail 2.3 milyon əhalisi olan anklava ərzaq və yanacağın çatdırılmasının qarşısını almaq üçün Qəzzanı mühasirəyə alıb.

Adının anonim qalması şərtilə müxbirlərlə danışan Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi deyib ki, Vaşinqton Qəzzada amerikalılar daxil olmaqla, mülki vətəndaşlar üçün təhlükəsiz keçidin təmin edilməsi üçün danışıqlar aparmaq üzərində çalışır.

“Qəzzada 500-600 fələstinli amerikalı yaşayır. Onların bəziləri getmək istəyir və biz onların təhlükəsiz keçidini təşkil etmək üzərində işləyirik,” rəsmi deyib.

Birləşmiş Ştatlar bunu təşkil etmək üçün İsrail və Misir hökumətləri ilə “intensiv” danışıqlar aparır.

Blinken üçün bir digər prioritet münaqişəyə cəlb olubmamaq üçün İrana və İranın dəstəklədiyi istənilən qruplara çəkindirmə mesajı vermək olacaq.

“Biz bu səfər və gələcək səfərlər vasitəsilə başqa tərəfləri bu münaqişədən kənarda saxlamağa sadiq qaldığımızı nümayiş etdirmək niyyətindəyik,” rəsmi bildirib.

Çərşənbə günü Vaşinqtonda yəhudi icma liderləri ilə söhbət edən Co Baydem deyib ki, ABŞ hərbi gəmiləri və təyyarələrinin İsrail yaxınlığına yerləşdirilməsi HƏMAS və Livanın Hizbullah hərəkatlarını dəstəkləyən İrana işarə olaraq qəbul edilməlidir.

“Biz iranlılara açıq şəkildə dedik: “Ehtiyatlı olun”, Bayden deyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG