Accessibility links

ABŞ dövlət katibi Ukraynaya səfər edib


ABŞ dövlət katibi Antoni Blinken və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Berkovetski qəbiristanlığında
ABŞ dövlət katibi Antoni Blinken və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Berkovetski qəbiristanlığında

ABŞ dövlət katibi Antoni Blinken Ukrayna liderləri ilə ölkənin ordusunun əks-hücum əməliyyatlarının vəziyyətini, həmçinin bərpa və yenidənqurma səylərini müzakirə etmək üçün çərşənbə axşamı Kyivə elan olunmamış səfər edib.

Dövlət Departamenti Blinkenin prezident Volodimir Zelenski, baş nazir Denis Şmıhal və xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcəyini bildirib.

Blinkenin ABŞ-ın Ukraynaya 1 milyard dollardan çox yeni maliyyə yardımı ayıracağını da açıqlayacağı gözlənilir.

Dövlət Departamentinin yüksək səviyyəli rəsmisi jurnalistlərə deyib ki, ABŞ dəstəyi Ukrayna ordusunun Rusiya işğalına qarşı mübarizənin bu mərhələsində ehtiyac duyduğu hər şeylə təmin etmək üçün səylərini davam etdirəcək. Rəsminin dediyinə görə, buraya hava hücumları və Rusiyanın mövqelərini yarmaq üçün materiallar daxildir. O, hava hücumundan müdafiənin "yüksək prioritet olaraq qalmaqda davam etdiyini" deyib.

Rəsmi bildirib ki, ABŞ-ın münaqişəyə öz baxışı olsa da, "buna ukraynalıların özlərinin real qiymət vermələri" vacibdir.

Rəsmi BMT Baş Assambleyasının bu ay keçiriləcək iclasından əvvəl Ukrayna liderləri ilə məsləhətləşmələrin vacibliyini vurğulayıb.

"Ukraynalıların Nyu-Yorkda mühüm missiyası var ki, bu, onların dünyadakı müttəfiqlərinə və tərəfdaşlarına nə baş verdiyini və onların davamlı dəstəyə ehtiyacları olduğunu izah etmələridir. Onları dəstəkləmək üçün qlobal səylərə rəhbərliyə davam etmək bizim üçün vacibdir" - deyə, o bildirib.

Blinken həlak olmuş Ukrayna hərbçilərinin şərəfinə Berkovetski qəbiristanlığında əklil qoyulması mərasimində iştirak edib.

Kyivə gedərkən Blinken Ukraynadakı müharibəni müzakirə etmək üçün Danimarkanın baş naziri Mette Frederiksenlə görüşüb.

Dövlət Departamenti bildirib ki, Blinken F-16 təyyarələrini Ukraynaya göndərmək qərarına və ukraynalı pilotların hazırlanması istiqamətində göstərdiyi səylərə görə Danimarkaya təşəkkür edib.

Forum

XS
SM
MD
LG