Accessibility links

ABŞ Senatı büdcə layihəsini təsdiq edib, hökumətin qapanmasının qarşısını alıb


Çak Şumer
Çak Şumer

ABŞ Senatı cümə günü hökumətin qismən qapanmasının qarşısını alıb. Belə ki, Senat hazırkı maliyyə bitmədən saatlar öncə bir neçə hökumət idarəsi üçün büdcə layihəsini təsdiq edib.

Senatorlar 75-22 səs fərqi ilə kənd təsərrüfatı, nəqliyyat, veteranlar və başqa proqramları sentyabrın 30-da büdcə ilinin sonuna qədər maliyyələşdirəcək. Büdcə layihəsi imzalaması üçün Prezident Co Baydenə göndərilib.

Həmin proqramların maliyyəsi gecə yarısı bitmək üzrə idi.

Bu səsvermə hökumətin büdcə layihəsi üzərində aylardır gedən və bir ara Respublikaçılar partiyasının nəzarət etdiyi Nümayəndələr Palatasının üç həftə rəhbərsiz qalması ilə nəticələnən mübarizəni qismən həll edib.

“Bölünmüş hökumətin heç vaxt heç bir işin alınmamasına gətirib çıxaracağından narahat olan insanlar: bu ikipartiyalı qanun layihəsi bunun əksini göstərir,” Senatın Demokratlar Partiyasından lideri Çak Şumer səsvermədən əvvəl deyib.

Büdcə layihəsi bu həftənin əvvəlində Nümayəndələr Palatasında asanlıqla təsdiq olunub. Ancaq Senatda səsvermə mühafizəkar Respublikaçıların immiqrasiya və başqa məsələlərin də səsverməyə qoyulmasını tələb etməsi səbəbilə ləngimişdi. Həmin tələblərin hamısı iflasa uğradı.

Konqres hələ də ordu, daxili təhlükəsizlik, səhiyyə və başqa xidmətləri əhatə edən daha geniş büdcə layihəsi ilə bağlı razılıq əldə etməlidir. Ancaq onların maliyyələri martın 22-də bitir.

Ümumilikdə büdcə layihələri 1.6 trilyon dollara bərabər olacaq. Bəzi Respublikaçılar 34.5 trilyon dollar dəyərində dövlət borcunu cilovlamaq üçün əlavə büdcə kəsirlərini dəstəkləyir.

Bütün bu qanun layihələri oktyabrın 1-dək qanun olaraq imzalanmalı idi. Konqres nadir hallarda o vaxtadək büdcə layihəsini qəbul edir, ancaq bu il büdcə layihəsi ilə bağlı debat qeyri-adi şəkildə xaotik olub. Konqres indi indiyədək dövlət idarələrinin əməliyyatlarını əvvəlki ilin səviyyəsində davam etdirmək üçün dörd müvəqqəti maliyyə qanun layihəsini təsdiq etməli olub.

Forum

XS
SM
MD
LG