Accessibility links

ABŞ-ın cənub ştatlarında fırtınalar nəticəsində azı 15 nəfər həyatını itirib


Bazar günü güclü fırtınalar Texas, Oklahoma və Arkanzas ştatlarında azı 15 nəfərin ölümünə, yüzlərlə insanın yaralanmasına və evlərin yerlə-yeksan olmasına səbəb olub.

Fırtınalar nəticəsində ən ciddi zərər Dallas şəhərinin şimalından tutmuş Arkanzas ştatının şimal-qərb hissəsinə qədər uzanan bölgəyə dəyib. Günün sonunda Orta Qərb bölgəsinin digər hissələrində də pis hava şəraitinin mövcud olacağını gözlənilirdi. Sinoptiklər ən böyük riskin bazar ertəsi ölkənin geniş ərazisini əhatə edərək, Alabamadan keçərək, şərqə, Nyu-York şəhərinin yaxınlığında hərəkət edəcəyini bildirir.

Texas ştatının qubernatoru Qreq Abbot bazar günü mətbuat konfransında deyib ki, şənbə gecəsi fırtına Oklahoma sərhədi yaxınlığında, Texas ştatının Kuk dairəsində mobil evlərin yerləşdiyi parkın yaxınlığındakı kənd ərazisini dağıdıb, nəticədə 7 nəfər ölüb. Ölənlər arasında 2 və 5 yaşlı iki uşaq da olub. Dairə polis idarəsi rəisinin sözlərinə görə, bir evdə 3 ailə üzvü ölü tapılıb.

Fırtınalar həmçinin Oklahoma ştatında iki nəfərin həyatına son qoyub, evlərin dağılmasına səbəb olub. Oklahomada yaralananlar arasında açıq havada keçirilən toy mərasimində olan qonaqlar, Arkanzas ştatında isə 5 nəfər olub. Bölgədə on minlərlə sakin elektriksiz qalıb.

Abbott Texasın Valli Vyu qəsəbəsində 100-ə yaxın insanın yaralandığını, 200-dən çox ev və tikilinin dağıldığını bildirib. Rəsmilərin dediyinə görə, bu bölgə fırtına nəticəsində ən çox zərər çəkən ərazilər arasındadır. Belə ki, burada küləyin sürəti saatda 217 km-ə çatıb.

Çox sayda insanın təcili yardım maşınları və helikopterlərlə Dallasın şimalında yerləşən Denton qraflığındaklı xəstəxanalara aparıldığı bildirilib.

Polisin bildirdiyinə görə, bazar günü Kentukki ştatının Luisvil şəhərində bir nəfər ağacın onun üzərinə aşması nəticəsində ölüb. Luisvilin meri Kreyq Qrinburq sosial mediada həmin şəxsin fırtına səbəbindən öldüyünü təsdiqləyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG