Accessibility links

ABŞ-ın Luisvill şəhərinin bankında silahlı hücum zamanı 5 nəfər ölüb


Bazar ertəsi səhər Luisvill şəhərinin mərkəzindəki bank binasında baş verən silahlı hücum zamanı 5 nəfər ölüb, yaralanan 6 nəfər xəstəxanaya yerləşdirilib.

Luisvill Polis İdarəsinin rəis müavini Pol Hamfri mətbuat konfransında atəş açan şübhəlinin də öldüyünü bildirib.

Binanı tərk edən şahidlər Luisvill WHAS-TV stansiyasına binanın içərisində atəş səsləri eşitdiklərini deyib.

Televiziya görüntülərində çox sayda polis maşını müşahidə edilib. WHAS müxbirləri insanların hadisə yerindən təcili yardım maşınlarında aparıldığını gördüklərini bildirib.

Kentukki qubernatoru Endi Beşar Tvitter səhifəsində hadisə yerinə getdiyini yazıb.

"Zəhmət olmasa, zərər çəkən bütün ailələr və Luisvill şəhəri üçün dua edin" Beşar deyib .

Federal Təhqiqat Bürosu agentlərinin də atışma yerində olduğu bildirilib.

Atışma Luisvill Slugger Field stadionunun yaxınlığında, East Main Street-də yerləşəən Köhnə Milli Bankın binasında baş verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG