Accessibility links

ABŞ şəhərlərində həftəsonu üç atışma zamanı iki yeniyetmə ölüb, azı 31 nəfər yaralanıb


Cənubi Karolina ştatının rəsmiləri bazar günü səhər saatlarında Hampton mahalındakı klubda azı 9 nəfərin yaralanması ilə nəticələnən silahlı qarşıdurma ilə bağlı araşdırma aparıldığını bildirir. Bu, Pasxa bayramının keçirildiyi həftə sonunda ABŞ-da üçüncü atışmadır.

Cənubi Karolina və Pensilvaniya ştatının Pittsburq şəhərlərində baş verən üç atışmada iki yeniyetmə ölüb, azı 31 nəfər yaralanıb.

Təhqiqat aparan Cənubi Karolina ştatının Hüquq Mühafizə Şöbəsi elektron poçt vasitəsi ilə verdiyi məlumatda Hampton mahalında baş verən ilk atışmada ölənlərin olmadığını bildirib. Yaralıların aldığı xəsarətlərin ciddiliyi ilə bağlı məlumat verilməyib.

Pitsburq şəhərində bir evdə keçirilən şənlik zamanı baş verən atışma zamanı isə iki yeniyetmə ölüb, azı 8 nəfər yaralanıb. Mübahisədən sonra baş verən atışma gecə saat 12:30 radələrində baş verib. Pitsburq polis departamentinin rəisi Skot Şubert jurnalistlərə atışmanın "böyük əksəriyyəti" yetkinlik yaşına çatmayan gənclər olmaqla, yüzlərlə insanın toplaşdığı şənlik zamanı baş verdiyini bildirib.

Pittsburq şəhərində aıtşma Cənubi Karolina ştatının paytaxtı Kolumbiyanın gecə klubunda atışmadan bir gün sonra baş verib. Kolumbiya polis idarəsinin rəisi Holbrukun bildirdiyinə görə, Kolumbiana Mərkəzindəki hadisə yerindən qaçmağa çalışan 9 nəfərə güllə atılıb, onlardan 5-i yaralanıb. Hadisə qurbanlarının yaşları 15-lə 73 arasındadır.

Kolumbiya Polis Departamenti ticarət mərkəzində baş verən atışmada maraqlı şəxs qismində hüquq-mühafizə orqanları tərəfindən ilkin olaraq saxlanılan 3 nəfərdən biri olan 22 yaşlı Jueyn M. Praysın həbs edildiyini açıqlayıb.

XS
SM
MD
LG