Accessibility links

ABŞ və Cənubi Koreya Şimali Koreyaya cavab olaraq dənizə raket atıb


Şimali Koreyanın Yaponiya üzərində naməlum ballistik raket atmasına cavab olaraq, çərşənbə günü səhər saatlarında ABŞ və Cənubi Koreya dənizə yaylım atəşi açaraq, Sarı dənizdə bombardman təlimi keçirib.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri (JCS) ordunun 4 Taktiki Raket Sistemi və Hyumoo-2 ballistik raketi atdığını bildirib. Nasaz olan ikinci qısamənzilli "Hyumoo-2" raketi isə Qannunu yaxınlığındakı hərbi hava qüvvələrinin bazasının ərazisinə düşüb. Xəsarət alan olmayıb. Nasazlığın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Qəza Şimali Koreyanın hücumu ola biləcəyindən ehtiyat edən sahil şəhərinin sakinlərini həyəcanlandırıb. Cənubi Koreya ordusu qəzanı bir neçə saat sonra etiraf edib.

Çərşənbə axşamı səhər Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno jurnalistlərə bildirib ki, Şimali Koreya raketi səhər saat 7:22-də buraxılıb və 22 dəqiqə sonra Yaponiyanın iqtisadi zonasından kənara, Sakit okeana düşüb. Bu, Tokionun çərşənbə axşamı səhər ölkənin şimalındakı Hokkaydo və Aomori prefekturalarının sakinlərini evakuasiya etməsinə səbəb olub.

Cənubi Koreyanın JCS şirkəti Şimali Koreyanın raketinin ortamənzilli balistik raket olduğunu, Şimali Koreyanın şimalında Jaqanq ərazisindən atıldığını və 970 kilometr hündürlükdə 4500 məsafə qət etdiyini deyib.

Yaponiyanın baş naziri Fumio Kişida və prezident Co Bayden çərşənbə axşamı telefon danışığı zamanı raket buraxılışını pisləyib.

"Liderlər birlikdə KXDR-in (Şimali Koreya) raket sınağını ən sərt ifadələrlə pisləyib, raket buraxılışını Yaponiya xalqı üçün təhlükə, regionda sabitliyi pozan və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin açıq şəkildə pozulması kimi qiymətləndirib" - deyə, məlumatda bildirilib.

Yaponiyanın müdafiə naziri Yasukazu Hamada daha sonra raketin bir dəqiqə Yaponiya üzərindən uçduğunu və daha öncəki ortamənzilli raketlərdən daha uzun, təxminən 4600 kilometr məsadfə qət etdiyi və Yapponiyadan 3200 kilometr şərqdə suya düşdüyünü bildirib.

Şimali Koreya ən son Hwasong-12 IRBM raketini bu ilik yanvar ayının sonunda sınaqdan keçirib. Daha sonra isə dövlət mediası raketin trayektoriyasının qəsdən və "qonşu ölkələrin təhlükəsizliyini nəzərə alaraq" yüksək olduğunu deyib. Onların Yaponiyaya istinad etdiyi güman edilir. Həmin raketin Quama çatmağa qadir olduğu təxmin edilir.

Böyük ehtimalla ən son balistik raket isə ondan daha uzun məsafə qət edə bilir. Pxenyanla ABŞ-ın strateji hərbi dəniz bazasının olduğu Quam arsında təxminən 3400 kilomet məsafə var.

XS
SM
MD
LG