Accessibility links

"İslam Dövləti"nin ABŞ-ın cənub sərhədi ilə maraqlandığına dair sübutlar var


ABŞ-ın kəşfiyyat və təhlükəsizlik rəsmiləri daimi miqrant axınının "İslam Dövləti" terror qruplaşmasının marağına səbəb olmasından narahat olaraq, diqqətlərini ölkənin cənub sərhədinə yönəlldib.

Narahatlıqlar bəziləri bir ildən çox olmaqla, bu ayın əvvəlində Meksika ilə cənub sərhədindən ABŞ-a keçən Tacikistandan olan səkkiz kişinin həbsindən sonra artıb.

İlkin yoxlamalar təmiz çıxsa da, ABŞ hüquq-mühafizə orqanları daha sonra "İŞİD" və ya "İslam Dövləti" kimi tanınan qruplaşma ilə potensial əlaqələri olduğunu göstərən məlumatlar ortaya qoyub.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin Kəşfiyyat və Təhlillər üzrə katibinin müavini Ken Vaynşteyn terror qruplaşmasının məsuliyyəti öz üzərinə götürdüyü Əfqanıstandakı qolunun mart ayında Moskva konsert zalına hücumuna istinad edərək, "O teatrda 150-dən çox rusiyalını qətlə yetirənlərin dünyanın eyni bölgəsindən olması bizim yadımızdan çıxmayıb" deyib.

Çərşənbə günü Nümayəndələr Palatasının Terrorla Mübarizə üzrə Milli Təhlükəsizlik Alt Komitəsi qarşısında ifadə verən Vaynşteyn deyib ki, "İslam Dövləti"nin sərhədi istismar etməsi ilə bağlı narahatlıqlar ABŞ-ın Terrorla Milli Mübarizə Mərkəzinin (NCTC) direktoru ilə gündəlik görüşlərə, eləcə də Federal Təhqiqat Bürosu ilə sıx əməkdaşlığa səbəb olub.

Lakin o, "İslam Dövləti" ilə əlaqəsi olan insan qaçaqmalçılığı şəbəkəsinin Mərkəzi Asiyadan ABŞ-ın cənub sərhədindən ölkəyə 400-dən çox miqrant gətirmiş ola biləcəyinə dair kəşfiyyat məlumatlarından irəli gələn narahatlıqları azaltmağa çalışıb.

Vaynşteyn millət vəkillərinə deyib ki, "Həmin şəxslərin terror əməliyyatları törədənlər olduğunu göstərən heç bir məlumat yoxdur".

İlk dəfə NBC News kanalı tərəfindən verilən 400 miqrant haqqındakı məlumatda miqrantlardan 150-dən çoxunun həbs edildiyi deyilib. Lakin rəsmilər NBC-yə daha 50-dən çox insanın harada olduğunun bilinmədiyini bildirib.

İllərdir ABŞ-ın anti-terror rəsmiləri "İslam Dövləti" və ya digər sünni terror qruplaşmalarının ABŞ-ın Meksika ilə sərhədi boyunca ölkəyə sızmağa çalışdığına dair heç bir sübut olmadığını iddia edir.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG