Accessibility links

ABŞ: Rusiya mediaya qarşı tammiqyaslı hücuma keçib


ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays

Birləşmiş Ştatlar tələblərə cavab verən rusiyalı jurnalistlərə viza verməyə davam edir və ABŞ-da işləyən heç bir rusiyalı jurnalistin xarici mətbuat nümayəndələri üçün akkreditasiyalarını geri götürməyib.

Bu barədə bazar ertəsi ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuat konfransı zamanı bildirib. O, Kremlin media azadlığına “tammiqyaslı hücum” etdiyini deyib.

Dövlət Departamentinin sözçüsünün açıqlamaları Rusiyanın Amerika mediasını akkreditasiyadan məhrum etməklə hədələməsi fonunda verilib.

Reuters agentliyi məlumatlı mənbələrə istinadən bazar ertəsi bildirib ki, Rusiya ABŞ-ın xəbər agentliklərinə ABŞ-da rusiyalı jurnalistlərə münasibət yaxşılaşdırılmasa, işçilərinin akkreditasiyadan məhrum edilməsi riski ilə bağlı xəbərdarlıq edib.

“Rusiya hakimiyyətinin özlərinin etdiklərinə görə başqalarını günahlandırmaqda davam etdiyini demək kifayətdir. Rusiya hökuməti azad mətbuatın nə demək olduğunu prinsipial olaraq və qəsdən görməzdən gəlir, bunu öz ölkəsində xəbərləri işıqlandıran demək olar ki, bütün müstəqil Rusiya KİV-lərinin bloklanması və ya qadağan edilməsi sübut edir” – deyə, Dövlət Departamentinin sözçüsü Ned Prays jurnalistlərə bildirib.

ABŞ-ın Rusiyadakı səfirliyi qeyd edib ki, “sadəcə öz işlərini görməyə cəhd etdiklərinə görə jurnalistlərə qarşı təhdidlər...Rusiya hökumətinin narrativinin boş və zəifliyindən xəbər verir”.

Rusiya bazar ertəsi ABŞ-ın xəbər təşkilatlarına xəbərdarlıq edib ki, ABŞ-da rusiyalı jurnalistlərə münasibət yaxşılaşmasa, Rusiya rəsmilərinin bildirdiyinə görə, onlar akkreditasiyadan məhrum olunma riski ilə qarşılaşa bilər.

Bu barədə üç məlumatlı mənbə xəbər verib.

Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiyanın dövlətə məxsus bəzi media qurumlarının ABŞ-da və bir sıra digər Qərb ölkələrində fəaliyyəti qadağan edilib. Onlar yayım lisenziyalarından məhrum edilib və onlara sanksiya tətbiq edilib.

XS
SM
MD
LG