Accessibility links

ABŞ Dövlət Departamenti: Qadınlara qarşı zorakılıq insan haqlarının pozulmasıdır


ABŞ dövlət katibi Antoni Blinken
ABŞ dövlət katibi Antoni Blinken

ABŞ dövlət katibi Antoni Blinken cümə günü "Beynəlxalq Qadınlara Qarşı Zorakılıqla Mübarizə" günü münasibətilə xüsusi bəyanatla çıxış edib. ABŞ-da bu gün münasibətilə "Gender zorakılığına qarşı 16 günlük fəaliyyət" adlı xüsusi kampaniyaya start verilib.

Blinken açıqlamasında deyilir ki, dünyada gender əsaslı zorakılığın qarşısının alınmasında böyük irəliləyişlərə baxmayaraq, qadınlara qarşı zorakılıq hələ də gender və sosial normalarda dərin kök salıb. O, bunun evlərdə, məktəblərdə, yaşayış yerlərində, iş yerlərində və getdikcə daha çox virtual və onlayn məkanlarda davam etdiyini bildirib.

ABŞ Dövlət Departamenti gender əsaslı zorakılığın, yəni cinsə görə zorakılığın insan hüquqlarının pozulması olduğunu xüsusi vurğulayır.

Federal agentliyin məlumatına görə, dünyada hər üç qadın və qızdan biri cinsi və ya fiziki zorakılığa məruz qalır. Qadınların 70 faizi humanitar böhranlarda, o cümlədən hərbi əməliyyatlar zamanı cinsi zorakılığa məruz qalır.

Dünyada hər 5 qızdan biri 18 yaşına çatmamış evləndirili, qadın və qızların üçdə biri isə evlilikdə zorlamanın cinayət sayılmadığı ölkələrdə yaşayır. LGBT+ insanlara, əngəllilərə, təcrid olunmuş etnik və irqi icmaların üzvlərinə, qocalara və digər təcrid olunmuş qrupların üzvlərinə qarşı gender əsaslı zorakılıq da bütün dünyada geniş yayılıb və zərəçəkənlər üçün çox zaman ədalət yerini tapmır.

Dünyada gender əsaslı zorakılığa son qoymaq ABŞ siyasətində prioritetdir. Məhz buna görə də ABŞ-ın Gender Bərabərliyi və Ədalət üzrə milli strategiyasının prioritetləri ilə yanaşı, ABŞ Dövlət Departamenti bütün dünyada gender əsaslı zorakılığın qarşısının alınması və ona cavab verilməsi strategiyasını yeniləmək niyyətindədir.

Dövlət Departamenti Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə birlikdə fövqəladə hallarda bütün dünyada qadınlara yardım edəcək xüsusi - "Safe from the Start ReVisioned Initiativ" adlı proqrama başlamaq üzrədir.

XS
SM
MD
LG