Accessibility links

Nyu-Yorkda bomba hücumu həyata keçirməyə çalışan şəxs həbs edilib


21 yaşlı banqladeşli Mərkəzi Bankın binasını partlatmaq cəhdində şübhəli bilinir

Federal hökumət rəsmiləri Nyu-Yorkda ABŞ-ın Mərkəzi Bankının binasında bomba hücumu planlaşdırmaqda şübhəli bilinən şəxsi həbs edib.

Şəxsiyyəti müəyyən edilməmiş 21 yaşlı banqladeşli Qazi Məhəmməd Rezvanul Əhsən Nəfis Manhettendə saxlanıb. O, Birləşmiş Ştatlara Banqladeşdən yanvar ayında səfər edib.

Federal hökumət rəsmiləri onun intihar hücumu həyata keçirməyi planlaşdıraraq, partlayıcı maddələrlə dolu yük maşınını partlatmağa hazırlaşdığını bildirib. Rəsmilər onun təkbaşına fəaliyyət göstərdiyini deyib. Nəfisin hücumun hədəfi olaraq Nyu-Yorkda bir neçə obyekt, o cümlədən Kommersiya Birjasını binasını nəzərdən keçirdiyi bildirilir.

Rəsmiləri bildirir ki, bu gün bir qədər əvvəl o, anbarda bombanı hazırlamağa çalışıb, lakin federal agentlərin ona ötürdüyü inert partlayıcı maddələrdən istifadə edib. Bundan xəbəri olmayan Nəfis maşınını Mərkəzi Bankın qarşısında saxlayıb və əsl partlayıcılar olduğunu düşündüy maddələri işə salmağa çalışıb.
XS
SM
MD
LG