Accessibility links

Milyonlarla amerikalı Şükran bayramı ərəfəsində səyahətlər edir


Cümə axşamı gününə təsadüf edən Şükran bayramında rekord sayda amerikalının quru və ya hava yolu ilə səyahət edəcəyi gözlənilir.

Hava səyahətləri üçün ən sıx günlər çərşənbə axşamı, çərşənbə və bazar günləri olacaq.

Nəqliyyat Təhlükəsizliyi İdarəsi çərşənbə axşamı 2,6 milyon, çərşənbə günü isə 2,7 milyon sərnişinin yoxlanacağını gözləyir.

Bununla belə, ən məşğul gün bazar günü olacaq. Hava limanlarında 2,9 milyon sərnişinin olacağı gözlənilir ki, bu da iyunun 30-da müəyyən edilmiş rekorddan bir qədər yuxarıdır.

Bu arada, Amerika Avtomobil Assosiasiyası 55,4 milyon amerikalının evdən ən azı 80 km məsafəni qət edəcəyini proqnozlaşdırır.

Ən güclü tıxacın çərşənbə günü olacağı gözlənilir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG