ABŞ Prezidenti Co Bayden çərşənbə axşamı ABŞ-ın Ukraynaya Rusiyanın dörd aydır apardığı hərbi müdaxiləsinə qarşı mübarizəsinə yardım səylərinin bir hissəsi olaraq Ukraynanı "daha çox qabaqcıl raket sistemləri və döyüş sursatları" ilə təmin etməyə qərar verdiyini deyib.
Bayden The New York Times-da dərc olunan köşə yazısında bildirib ki, Birləşmiş Ştatlar döyüş meydanında və nəhayət Rusiya ilə sülh danışıqlarında mövqeyini gücləndirmək üçün Ukraynaya silah və sursat yardımı edib.
"Səbəbsiz təcavüz, doğum evləri və mədəniyyət mərkəzlərinin biombalanması və milyonlarla insanın məcburi didərgin düşməsi Ukraynadakı müharibəni dərin mənəvi problemə çevirir," Bayden deyib.
Əlavə qabaqcıl slah göndərmək qərarı Bayden administrasiyasının daha öncəki qərarsızlığından sonraya təsadüf edib. Bayden özü bazar ertəsi Birləşmiş Ştatların "Rusiyanı vura biləcək" raketlər göndərməyəcəyini demişdi.
Associated Press administrasiyanın yüksək vəzifəli rəsmilərindən sitat gətirərək bildirib ki, çərşənbə günü açıqlanacaq yeni silah paketinə 70 kilometr məsafə qət edə bilən orta-mənzilli raketlər daxildir. Rəsmilər, həmçinin deyib ki, Ukrana qüvvələrinin raketləri Rusiya ərazisinə atmayacağına dair zəmanət verib.
Bayden çərşənbə axşamı yazıb ki, o, Rusiya ilə müharibə aparmaq istəmir.
"Mən cənab Putinlə nə qədər fikir ayrılığı yaşasam da, və onun əməllərini dəhşətli olaraq görsəm də, Birləşmiş Ştatlar onun Moskvada devirməyə çalışmayacaq," Bayden deyib.
"Birləşmiş Ştatlar və bizim müttəfiqlərimizə hücum olunmadığı təqdirsə, biz nə Ukraynaya döyüşmək üçün Amerika əsgəri göndərməklər nə də Rusiya qüvvələrinə hücum etməklə bu münaqişəyə birbaşa cəlb olunmayacağıq. Biz Ukraynanı öz hüdudlarından kənara zərbə endirməyə təşviq etmirik və ya imkan yaratmırıq."
Kremlin sözçüsü Dmitri Peskov çərşənbə günü jurnalistlərə bildirib ki, Rusiya ABŞ-ın Ukraynaya silah göndərməsinə mənfi baxır və əlavə edib ki, onlar sülh danışıqlarının yenilənməsini təşviq etmirlər.
"Biz inanırıq ki, ABŞ qəsdən od üstünə yağ tökür. Aydındır ki, ABŞ Rusiya ilə son ukraynalıya qədər vuruşmaq mövqeyindədir", Peskov bildirib.
Rusiya Moskvanın sənaye mərkəzi olan Dobas bölgəsini ələ keçirmək cəhdində mühüm rol oynayan Ukraynanın şərqində yerləşən Severodonetsk şəhərinin yarısından çoxunun nəzarətini ələ keçirib. Bunu şəhərin meri və bölgənin ukraynalı qubernatoru çərşənbə axşamı etiraf edib.
Luhansk bölgəsinin qubernatoru Serhiy Qayday deyib ki, Rusiya və Ukrayna qoşunları arasında günlərlə davam edən şiddətli döyüşlərdən sonra Moskvanın qüvvələri şəhərin böyük hissəsinə nəzarəti ələ keçiriblər, amma onu mühasirə etməyiblər.
O deyib ki, Rusiyanın intensiv atəşi şəhərə humnaitar yardım çatdırmağı və bir zamanlar 100 min sakini olan dağılmış şəhərdə qalan 13 min insanı evakuasiya etməyi qeyri-mümkün edib.
Mer Oleksandr Striyuk Associate Press-ə bildirib ki, Rusiya qüvvələri "intensiv hücum"la şəhərin yarısını ələ keçirib.
"Şəhər məhəllə-məhəllə amansızca dağıdılır," Striuk deyib. O bildirib ki, küçələrdə ağır döyüşlər və artilleri bombardmanı davam edir.