Accessibility links

ABŞ-ın Türkiyə-Suriya sərhədində sakitlik yaradılması ilə bağlı tələbləri rezonans doğurmayıb


ABŞ-ın Türkiyə ilə Suriyanın şimalındakı kürd döyüşçüləri arasında gərginliyi azaltmaq səylərinin təsirinin az olduğu görünür. Belə ki, münaqişənin yalnız İslam Dövləti terror qruplaşmasının xeyrinə olacağına dair xəbərdarlıqlara baxmayaraq, hər iki tərəf geri çəkilməkdən imtina edir.

ABŞ-ın Müdafiə Nazirliyi və ordu rəsmiləri NATO-nun müttəfiqi Türkiyə və İslam Dövlətinə qarşı mübarizədə əsas tərəfdaşı olan kürdlərin Suriya Demokratik Qüvvələri (SDQ) ilə daim təmasda olduqlarını və bu günə qədər heç bir nəticə əldə etmədiklərini deyir.

ABŞ-ın başçılıq etdiyi İslam Dövlətini məğlub etmək uğrunda mübarizə aparan koalisiya qüvvələrinin sözçüsü çərşənbə axşamı Amerikanın Səsinə və "biz gərginliyin azaldılması əlamətlərini görmədik" deyib və "tərəflər gərginliyi dərhal azaltmalıdır" çağırışını bir daha təkrarlayıb.

"Biz regionda sabitliyi pozan və mülki əhalinin təhlükəsizliyini təhdid edən, eləcə də İŞİD-i məğlub etmək üçün davam edən əməliyyatlarımıza mane olan istənilən hərbi əməliyyata qarşı çıxmağa davam edirik" - deyə, sözçü bildirib.

Dəfələrlə edilən müraciətlərə baxmayaraq, həm Türkiyə, həm də Suriya Demokratik Qüvvələri çərşənbə axşamı bildiriblər ki, onlar daha böyük münaqişəyə hazırdırlar. Türkiyə rəsmiləri Suriya Demokratik Qüvvələrinin terrorla mübarizədə müttəfiqi kimi deyil, Türkiyədə yerləşən terror qruplaşması Kürdüstan Fəhlə Partiyasının (PKK) bir qolu kimi görünməsində israrlıdır.

Türkiyənin Vaşinqtondakı səfirliyi anonimlik şərti ilə "Milli təhlükəsizliyimizə qarşı olan bu təhlükəni aradan qaldırmaq üçün mübarizəni davam edəcəyik" deyib.

"Biz Türkiyə sərhədlərinin qorunmasını təmin etmək və terrorun kökünə zərbə endirmək kimi məqsədi rəhbər tuturuq. Terrorçuların sığınacaqları, istehkamları, onların sözdə qərargahları və təlim mərkəzləri qanuni hədəflərdir" - deyə, Türkiyə rəsmiləri Amerikanın Səsinə bildirib.

Lakin ABŞ 2019-cu ildə Suriyada özünü xilafət elan edən İŞİD-in darmadağın edilməsinə yardım etdiyinə görə, Suriya Demokratik Qüvvələrindən imtina etməkdə tərəddüd edir.

Vaşinqtonun SDQ ilə Türkiyə arasında uzunmüddətli anlaşmaya vasitəçilik edə bilməməsi Suriyada İŞİD-ə qarşı davam edən mübarizə missiyasının bir hissəsi olan 900 ABŞ əsgərinin bir hissəsi Türkiyənin 300 metr məsafədəkə hava hücumundan zərər çəkib

Suriya Demokratik Qüvvələri də öz növbəsində yerlərdə vəziyyətin daha da pisləşəcəyi barədə xəbərdarlıq edir.

Suriya Demokratik Qüvvələrinin komandiri Məzlum Abdi çərşənbə axşamı Kolumbiya Universitetinin ev sahibliyi etdiyi virtual forumda "Onların [Türkiyənin] qaçılmaz quru hücumu üçün hazırlıqları tam sürətlə gedir" deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG