Accessibility links

ABŞ Ukraynaya 300 milyon dollarlıq hərbi yardım göndərir


Birləşmiş Ştatlar rəsmilərinin bildirdiyinə görə, Ukraynanın bahar əks-hücumuna hazırlaşdığı bir vaxt ABŞ Ukraynaya təxminən 300 milyon dollarlıq hərbi yardım göndərir.

Paketə artilleriya sursatı, haubitsalar, HIMARS üçün raketlər, minaatanlar və tank əleyhinə silahlar daxildir.

ABŞ ilk dəfə olaraq təyyarələrdən atılan və Ukraynanın quru qüvvələrinin irəliləməsi üçün hava dəstəyində istifadə oluna bilən "Hydra-70" raketləri göndərir.

Silahlar Pentaqonun ehtiyatlarından göndəriləcək və əvvəlki tədarüklər kimi olacaq.

Rusiyanın 2022-ci ilin fevralından bəri Ukraynaya 37-ci dəfə silah göndərilməsi, Ukraynanın müdafiə naziri Oleksiy Reznikovun "sonuncu mərhələdəyik, "bəli, hər şey hazırdır" deyə bilərik" dediyi bir vaxta təsadüf edir.

Ardıcıl ikinci gündür, çərşənbə axşamı Rusiyanın Ukrayna ilə həmsərhəd bölgəsində baş verən partlayış yük qatarının relsdən çıxmasına səbəb olub. Bu barədə vilayətin qubaernatoru məlumat verib.

Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz Telegram kanalında "Naməlum partlayıcı qurğu Snejetskaya dəmir yolu stansiyası yaxınlığında işə düşüb. Tələfat yoxdur" yazıb.

"Hadisə nəticəsində yük qatarının lokomotivi və bir neçə vaqonu relsdən çıxıb" - deyə, o, kimin məsuliyyət daşıdığını bildirmədən əlavə edib.

Rusiya rəsmiləri bildirib ki, Ukrayna və Belarusla həmsərhəd olan bölgə Rusiyanın işğalından sonra, 14 ay ərzində ukraynayönlü təxribat qruplarının çoxsaylı hücumlarına məruz qalıb.

XS
SM
MD
LG