Merilend ştatının Baltimor şəhərində Kyivdə anadan olan bir iş adamı müharibədən zərər çəkmiş ukraynalı uşaqlara yardım etmək üçün xeyriyyəçiliyə başlayıb.
Kyivli Artur Olşanski "Ukrayna Uşaqlarının Ümidi" adlı xeyriyyə təşkilatını yaradıb və onu vətənindən uzaqda idarə edir.
Olşanski hazırda Merilend ştatının Baltimor şəhərində yaşayır və o, burada İT şirkətinin sahibidir. Artur Olşanski: "Mənim sağ qolum Ukraynaya aiddir. Yəni, mənim haradan olduğumla bağlı heç bir çaşqınlıq yoxdur. Bunu nəyə görə etmək istədim? Çünki insanlarla rastlaşdıqca və onların əlini sıxdıqda onların dərhal mənim kim olduğumu bilmələrini istəyirəm."
O, xeyriyyə təşkilatını 2021-ci ildə təsis edib.
Bu, ukraynalı uşaqlar üçün onlayn təhsilin maliyyələşdirilməsinə yardım edir. İngilis dili və fərdi inkişaf dərsləri təklif edir, eləcə də onlara psixoloji və humanitar dəstək göstərir. Artur Olşanski: "Uşaqların böyüməyə, karyera qurmağa, özləri üçün həyat qurmağa həvəsli olduqlarını öyrəndim."
Bu gün fond 200-dən çox uşağa kömək edir - onların əksəriyyəti ölkənin cəbhəyanı rayonlarından və ya Ukraynanın işğal olunmuş ərazilərindəndir.
Sofiya Xersondandır. Xeyriyyə təşkilatı qan xərçəngi ilə mübarizə aparan bu qıza arzularını yaşatmağa yardım edir. "Mən oxumaq üçün xaricə getmək istərdim. Orada zəngin olduqdan sonra Ukraynaya qayıtmaq istərdim. Mənin arzum bəzi qeyri-allergik heyvanların olmasına icazə verən onkoloji xəstəxana açmaqdır. Çünki xəstəxanada olanda ev heyvanlarım üçün çox darıxırdım."
Yehor Nikopoldakı evini müharibə başlayanda itirib. "Həyat birdən dəyişdi. Evim bombalandı, atam atışma zamanı həlak oldu. Bağışlayın, bu barədə danışmaq çətindir."
Lakin Yehor deyir ki, xaricdə təhsil almaq xəyalları ona yardım edir. "İndi onlayn dərslərim yaxşı gedir. Amma mən ekranla danışmaq yox, məktəbə getmək istərdim."
Xeyriyyə təşkilatı şagirdlərə təhsil proqramları və fəaliyyət sahələrini əlaqələndirməyə yardım edir. Artur Olşanski: "Böyüyəndə nə olmaq istəyirsən? Mən proqram tərtibatçısı olmaq istəyirəm. Əla! Biz sizə sizin olmaq istədiyiniz yerə istiqamətləndirə biləcək biri ilə əməkdaşlıq etmək fürsəti verəcəyik."
Olşanski deyir ki, "Ukrayna Uşaqlarının Ümidi" əlavə 300 ukraynalı şagirdi qəbul etməyi planlaşdırır.
Forum