Accessibility links

KİV: ABŞ Ukraynaya 275 milyon dollar dəyərində yeni hərbi yardım paketi hazırlayır


Birləşmiş Ştatlar Ukraynaya 155 mm-lik artilleriya mərmiləri, dəqiq idarə olunan təyyarə sursatları və yerüstü avadanlıqlardan ibarət 275 milyon dollarlıq hərbi yardım paketi hazırlayır.

Bu barədə üç federal məmur Reuters agentliyinə bildirib.

Rusiya qoşunları artıq aylardır Xarkivə zərbələr endirir, 10 mayda isə Xarkiv vilayətinin şimalına qurudan hücuma keçib ki, Kyiv hücumun iki istiqamətdə ilişib qaldığını bildirib.

Cümə günü elan edilməsi gözlənilən yardım Konqresin xüsusi icazəsi olmadan, prezidentin ABŞ ehtiyatlarından silah çıxarmaq səlahiyyətinə əsaslanaraq göstəriləcək.

Bu, Konqres uzun fasilədən sonra xarici yardım qanun layihəsini təsdiqlədikdən sonra Ukrayna üçün dördüncü hərbi yardım paketi olacaq. Bayden administrasiyası silahların müntəzəm axınını və cəbhə xəttlərinə mümkün qədər tez çatdırılmasını təmin edəcəyinə söz verib.

İki federal rəsminin bildirdiyinə görə, paketə Yüksək Hərəkətli Artilleriya Raket Sistemi “HIMARS” üçün döyüş sursatı, eləcə də yüksək tələbatlı 155 mm və 105 mm-lik artilleriya mərmiləri daxil olacaq.

Bir rəsmi həmçinin paketə "Javelin" və "AT-4", tank əleyhinə sistemlər, tank əleyhinə minalar, taktiki maşınlar, kiçik silahlar və bu silahlar üçün sursatların daxil olacağını bildirib.

95 milyard dollarlıq qanun layihəsinin bir hissəsi olaraq, Konqres Ukraynaya 60,8 milyard dollar yardıma icazə verib. Bu yardımın 8 milyard dolları prezidentin ABŞ ehtiaytından silah almaq səlahiyyəti çərçivəsində ayrılacaq.

Paketə həmçinin zədələnmiş tankların və digər ağır texnikanın döyüş meydanından çıxarılması üçün nəqliyyat daxildir.

Forum

XS
SM
MD
LG