Accessibility links

ABŞ xəbərdarlıq edir: Moskva diplomatiyadan qaçarsa, bunun Ukrayna üçün "dəhşətli" nəticələri olacaq


ABŞ ordusunun ən yüksək rütbəli zabiti xəbərdarlıq edir ki, Rusiya Ukrayna ilə fikir ayrılıqlarını hərbi güclə həll etməyə qərar versə, bütün tərəflər üçün ölüm və dağıntı yolu yaradacaq.

ABŞ-ın Birgə Qərargahlar Rəisi general Mark Milli bu açıq-aşkar xəbərdarlığı cümə günü Penqatonda Müdafiə naziri Lloyd Austinlə birlikdə nadir keçirilən mətbuat konfransı zamanı edib. Mətbuat konfransında hər iki rəsmi israr edib ki, Moskva geri çəkilmək niyyətindədirsə, faciənun qarşısı alına bilər.

“Sərhədə yığılan qüvvələrin növü, yerüstü manver qüvvələri, artilleriya, balistik raketlər, hava qüvvələrinin hamısı birlikdə Ukraynaya qarşı istifadə olunsa, bu əhəmiyyətli, çox əhəmiyyətli olacaq,” Milli müxbirlərə bildirib.

“Bu, xeyli sayda itki ilə nəticələnə bilər. Bunun sıx məskunlaşmış şəhər yerlərində nəticələrini təsəvvür edə bilərsiniz. Bu, dəhşətli ola bilər. Bu, qorxunc olar. Və gərəksizdir.”

ABŞ-ın cümə günü etdiyi xəbərdarlıq Rusiya ilə Ukrayna arasında qarşıdurmanın son nöqtəyə çatdığı güman edilən bir vaxta təsadüf edib.

Daha sonra cümə günü Prezident Co Byaden müxbirlərə deyib ki, o, NATO-nun Şərqi Avropadakı mövcudluğuna ABŞ qoşunları əlavə edəcək.

“Mən yaxın zamanda qoşunları Şərqi Avropaya və NATO ölkələrinə göndərəcəyəm. Çox yox,” Bayden Pensilvaniyadan Vaşinqtonda dönəndən sonra deyib.

Putinin Makronla telefon danışığı

ABŞ-ın yüksək səviyyəli müdafiə rəsmiləri xəbərdarlıq edib ki, Rusiya hər an gəniş-miqysalı hücum başlatmaq üçün kifayət qədər silah toplayıb. Rusiya Prezidenti Vladimir Putin ilə Fransa Prezidenti Emmanuel Makronla telefon söhbəti zamanı israr edib ki, Üərb Moskvanın təhlükəsizliklə bağlı narahatlıqlarına adekvat cavab verməyib.

Kremlin məlumatına görə, Putin Makrona deyib ki, Qərbin ən son diplomatik cavablarında Rusiyanın NATO-nun genişlənməsi ilə bağlı narahatlıqları və məsələn Rusiya sərhədi yaxınlığında ittifaqın silahlarının yerləşdirilməsinə son qoymaq və Şərqi Avropadakı qüvvələrini geri çəkmək kimi tələbləri nəzərə alınmayıb.

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov isə Rusiya radio stansiyalarına cümə günü bildirib ki, Rusiyanın Ukrayna ilə müharibə aparmaq istəmir amma lazım olsa Qərbə qarşı maraqlarını qoruyacaq.

“Rusiyadan asılı olsa, müharibə olmaz. Biz müharibə istəmirik,” Lavrov deyib. “Ancaq biz həm də maraqlarımızın kobud şəkildə tapdalanmasına və ya diqqətdən kənarda qalmasına imkan verməyəcəyik.”

Artan gərginlik və ritorika

Lakin ABŞ-ın müdafiə naziri etiraz edərək, cümə günü Pentaqon müxbirlərinə bildirib ki, heç kəs Rusiyanın Ukraynanı 100 min qoşunla mühasirə etməsinə səbəb olacaq heç nə etməyib.

“Onların qoşun yerləşdirməsinə səbəb olacaq heç bir təxribat olmayıb,” Austin cümə günü Pentaqonda bildirib və Moskvanı yeni dezinformasiya kampaniyaları aparmaqda ittiham edib.

Austin həmçinin Moskvanın hərbi güc göstərişini qeyri-məhsuldar adlandırıb.

“Ukraynaya müdaxilə Rusiyanın istəmədiyi şeyə - qərb cinahında daha güclə və qətiyyətli NATO ittifaqına səbəb olacaq.”

Lakin heç bir tərəf güzəştə getmədiyi üçün qorxu isteriyanın yayıla və onsuz da kövrək olan vəziyyəti daha təhlükəli edə biləcəyinə dair narahatlıqları artır.

“Bizə bu panika lazım deyil,” Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Kyivdə mətbuat konfrası zamanı deyib və ABŞ liderlərinin münaqişə ehtimalını təbliğ etməkdə günahlandırıb.

“Küçələrimizdə tanklar gəzirmi? Yox. Amma mediadan oxuduqlarımızdan belə bir təsəvvür yaranır. Məncə, bu, səhvdir. Çünki bu, dünyanın necə reaksiya verdiyinə dair işarədir.”

ABŞ və Avropa rəsmiləri ritorika ilə bağlı fikir ayrılıqlarına baxmayaraq deyirlər ki, onlar diplomatiyanın qalib gələcəyinə dair ümidlərini qoruyub saxlayırlar.

Adının açıqlanmasını istəməyən ABŞ aministrasiyasının yüksək səviyyəli rəsmisi deyib ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun cümə günü söylədikləri müsbət bir işarədir.

Rəsmi əlavə edib ki, bazar ertəsi Birləşmiş Millətlər Təşkilatının Ukrayna ilə bağlı iclası “”Rusiyanın etdiklərini izah etməsi üçün bir fürsət olacaq və biz də onları dinləməyə hazır olacağıq.”

XS
SM
MD
LG