Accessibility links

ABŞ Ukraynaya verdiyi silahların yarıdan çoxunu izləyə bilmir


Pentaqonun sözçüsü Patrik Rayder
Pentaqonun sözçüsü Patrik Rayder

ABŞ Rusiyanın təcavüzü ilə mübarizə üçün Ukraynaya təhvil verilən 1 milyard dollardan çox silah və hərbi texnikanı izləyə bilmir.

Bunu Pentaqonun apardığı auditin nəticələri sübut edib.

Müdafiə Nazirliyinin baş müfəttişliyinin hesabatında bildirilib ki, bu o deməkdir ki, Ukraynaya təhvil verilən 1,7 milyard dollarlıq ABŞ hərbi texnikasının 59%-i "qeyri-müəyyən olaraq qalır".

Bayden administrasiyasının rəsmiləri cümə axşamı vurğulayıblar ki, silahların oğurlandığını göstərən heç bir dəlil yoxdur.

Lakin audit administrayanın monitorinqin ABŞ-ın hərbi yardımından sui-istifadənin qarşısını aldığına dair əminliyini sarsıdıb.

"Birləşmiş Ştatların təhvil verdiyi qabaqcıl adi silahların qeyri-qanuni yollarla Ukraynadan çıxarılmasına dair heç bir etibarlı sübut yoxdur" - deyə, Pentaqonun sözçüsü Patrik Rayder bildirib.

Rusiyanın dezinformasiyasının əksini qeyd edən Rayder "Əslində biz Ukraynanın bu imkanlardan döyüş meydanında istifadə etdiyini görürük. Ukraynanın onlardan səmərəli istifadə etdiyini görürük" deyib.

Pentaqonun baş müfəttişinin hesabatında deyilir ki, Müdafiə Nazirliyi tələb olunduğu kimi Ukraynaya göndərilən müdafiə vasitələrinin seriya nömrələrini dəqiq inventarlaşdıra bilməyib.

Forum

XS
SM
MD
LG