Accessibility links

ABŞ Meteorologiya Xidməti sərt hava şəraiti ilə bağlı xəbərdarlıq edib


ABŞ-ın Milli Hava Xidməti şənbə günü bildirib ki, ölkənin böyük bir hissəsində yaşanan soyuq temperatur və təhlükəli külək “yolda ilişib-qalan insanlar, işə gedib-gələn insanlar, mal-qara və ev heyvanları üçün həyati təhlükə yarada bilər.”

Hava xidməti bildirib ki, “əgər siz səyahət etməli və ya bayıra çıxmalısınızsa, qat-qat geyinərək, bədəninizin mümkün qədər çox hissəsini örtərək son dərəcə soyuq havaya hazırlıqlı olub. Bəzi yerlərdə bayırda olmaq dəqiqələr içində donmaya səbəb ola bilər.”

Hava xidməti həmçinin "çovğun şəraitinin baş verdiyi qarlı hava şəraiti ilə səyahətlərin son dərəcə təhlükəli olacağını, görmə qabiliyyətinin sıfıra yaxın olacağını” bildirib. “Bu şəraitdə səyahət etmək son dərəcə təhlükəli, bəzən qeyri-mümkün olacaq.”

Xidmət ölkənin böyük bir hissəsində yaşanan hava şəraitinin şənbə günü şərq ştatlarına yayıldığını deyib.

Meteoroloji xidmət xəbərdarlıq edib ki, temperatur ortalamadan xeyli aşağı olacaq.

XS
SM
MD
LG