Accessibility links

ABŞ-ın nəhəng hissəsi çovğunlarla üzləşir


Milad bayramı ərəfəsində ABŞ çovğunlu hava məngənəsinə düşüb. Cümə axşamı ölkə boyu minlərlə uçuş təxirə salınıb.

ABŞ Milli Meteoroloji Xidməti bu tarixi çovğunun "bayram həftəsonu ölkənin böyük hissəsində böyük fəsadlar" yaratdığını bildirib. 200 milyondan çox insana və ya ABŞ əhalisinin təqribən 60%-nə şaxtalı qış havası ilə bağlı xəbərdarlıqlar və ya tövsiyələr edilib.

Associated Press agentliyinin bildirdiyinə görə, Cənubi Dakota ştatının Rozbad Sio qəbilə rəsmiləri "amansız küləklə üz-üzə qaldıqlarını" deyib. Yerli sakinlər 3 metrdən çox hündürlükdə olan qarı təmizləməyə, evlərə propan qazı və odun çatdırmağa çalışır.

Meteoroloji xidmət qış havası ilə bağlı xəbərdarlıq və tövsiyələr siyahısının indiyə qədərki ən böyük siyahılardan biri olduğunu bildirib.

ABŞ prezidenti Co Bayden cümə axşamı ölkəni təhlükəli çovğunla bağlı xəbərdar edib:

"Bu, həqiqətən hava ilə bağlı çox ciddi xəbərdarlığıdır. Və bunun real nəticəsi ola bilər."

Milli Meteoroloji Xidmət cümə axşamı axşam saatlarında şaxtalı temperatur və güclü küləklər əsdiyi üçün Yuxarı Orta Qərb və Böyük Göllər-də çovğun şəraiti barədə xəbərdarlıq edib.

"Son 24 saat ərzində arktik hava temperaturun kəskin enməsinə və düzənliklərdə güclü küləklərə səbəb olaraq, ölkənin şərqinə doğru yayılacaq," meteoroloji xidmət bildirib.

Arktik hava şəraiti bir çox yerlərdə temperaturun 10 dərəcədən çox aşağı düşməsinə səbəb olub. Kolorado ştatının Denver şəhərində -22° selsius temperatur müşahidə edilib.

XS
SM
MD
LG