Accessibility links

ABŞ-da şaxtalı hava şəraiti azı 32 nəfərin ölümünə səbəb olub


Amerika Birləşmiş Ştatlarının şərqini bürüyən güclü qar və çovğun Milad bayramı günü milyonlarla amerikalının kədərinə səbəb olub və çoxlarını təhlükə qarşısında qoyub. Hava şəraiti ilə əlaqədar ölənlərin sayı 32 nəfərə çatıb.

Nyu-Yorkun qərbindəki Baffalo şəhərində çovğun nəticəsində şəhərdə nəqliyyatın hərəkəti dayanıb, təcili yardım xidmətləri ən çox zərər çəkmiş bölgələrə çata bilməyib.

"Bu, müharibə zonasına daxil olmağa bənzəyir və yolların kənarındakı avtomobillər şok yaradır," Nyu-York ştatının qubernatoru Keti Houkul qarın hündürlüyünün 2,4 metrə çatdığı və elektrikin kəsilməsinin həyat üçün təhlükə yaratdığı Baffalo haqda deyib.

Houkul bazar günü axşam jurnalistlərə deyib ki, sakinlər hələ də "həyati təhlükəsi olan bir şəraitdədir". O, ərazidə olan hər kəsə evdə qalmaları barədə xəbərdarlıq edilib.

Ölkənin şərqində bir neçə ştatda 200 mindən çox insan Milad günü səhər elektriksiz oyanıb. Beş gün davam edən çovğunun zəiflədiyinə dair əlamətlərin olmasına baxmayaraq, çoxlarının tətil üçün səyahət planları təxirə salınıb.

Ekstremal hava şəraiti həftə sonu ABŞ-ın 48 ştatında temperaturun sıfırdan aşağı düşməsinə, minlərlə uçuşun ləğv edilməsi nəticəsində tətilə gedən səyahətçilərin yerlərdə, sakinlərin isə buz və qarla örtülmüş evlərdə ilişib qalmasına səbəb olub.

Milli Hava Xidməti Nyu-York ştatının qərbindəki Böyük Göllər bölgəsində çovğun şəraitinin bazar günü də davam edərək, "gecəyə qədər əlavə bir metrə qədər qar yağdığı" barədə xəbərdarlıq edib.

XS
SM
MD
LG