Accessibility links

ABŞ və Çİnin istixana qazlarının ixtisarına dair razılıq əldə edib


ABŞ və Çİnin istixana qazlarının ixtisarına dair yeni planları açıqlayıb.

Dünyada atmosferə ən çox karbon dioksid buraxan bu iki ölkə iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynaya bilər.

ABŞ prezidenti Barak Obama deyib ki, ABŞ 2025-ci ilədək istixana qazlarını 26- 28 faiz azaldmağa razılıq verib. Bu, havanın çirklənməsinin qarşısının alınması səylərinin ikiqat artırılması deməkdir.

Prezident Tsi Cinpink deyib ki, 2030-cu ilədək Çində C02 emissiyası ilə mübarizə səyləri ən yüksək səviyyəyə çatacaq. İlk dəfədir ki, dünyada atmosferi ən çox çirkləndirən ölkə olan Çin istixana qazları ilə mübarizəyə dair dəqiq vaxt bildirib.

Mətbuat konfransında Obama razılığı “ABŞ-Çin münasibətlərində mühüm mərhələsi adlandırıb və iki ölkənin bərabər işləməyə qadir olduğunu deyib .

XS
SM
MD
LG