Accessibility links

ABŞ Ali Məhkəməsi ABŞ-a səyahətlə bağlı iki məhkəmə prosesindən birini rədd edib


ABŞ Ali Məhkəməsi prezident Donald Trampın müsəlmanların əksəriyyət təşkil etdiyi ölkələrdən ABŞ-a gəlmələrinə qadağa tətbiq etməsi ilə bağlı iki məhkəmə prosesindən birini rədd edib.

Prezident tərəfindən imzalanan orijinal qadağa ABŞ-da müəyyən şəxs və ya təşkilatla etibarlı əlaqəsi olmadan ölkəyə daxil olmaq istəyən İran, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarına tətbiq edilir.

Yeni məhdudiyyətlər fərqli dərəcələrdə Cad, İran, Liviya, Şimali Koreya, Somali, Suriya, Venesuela və Yəmən vətəndaşlarına təsir göstərir.

Oktyabrın 18-i qüvvəyə minəcək yenilənmiş səyahət qaydaları artıq məhkəmənin aşağı instansiyalarında müzakirə edilir.

XS
SM
MD
LG