Accessibility links

ABŞ federal məhkəməsi səudiyyəli tələbəni terror hücumu hazırlamaqda təqsirləndirir


Texas ştatında ABŞ federal andlılar məhkəməsi səudiyyəli tələbəni terror hücumu hazırlamaqda təqsirləndirib.

Ədalət Məhkəməsi Xalid Əli-M Əldavsarinin siyahısına mümkün hədəf kimi Kaliforniya və Kolorado ştatlarında bəndlər, gecə klubları və sabiq prezident Corc Buşun Dallas şəhərindəki ünvanı daxil idi.

Prokuror Əldavsarinin bomba hazırlamaq üçün kimyəvi material və başqa avadanlıq aldığını və onun cihad arzusunda olduğu barədə gündəlik yazdığını deyib.

Onun kimyəvi material almaq istədiyi şirkətlərdən biri polisə xəbər verib. Əldavsari oktyabr ayında qərar çıxarıldıqdan sonra ömürlük həbsə məhkum edilə bilər. O, habelə 250 000 dollar həcmində cərimə ilə üzləşir.
XS
SM
MD
LG