Accessibility links

Bostonda polislərin qətlinə cəhd edən şəxs öldürülüb


ABŞ rəsmiləri bildirib ki, bu həftənin əvvəli ABŞ-ın Massaçusetts ştatında polis zabitlərinin başlarını kəsməyi planlaşdıran şəxs Boston şəhərində polis tərəfindən güllələnərək öldürülüb.

Federal Təhqiqatlar Bürosu (FBI) bildirib ki, 24 saat ərzində nəzarət altında olan 26 yaşlı Üsama Rəhim ştatdan kənarda qarşısına çıxacaq tanımadığı şəxslərin başlarını kəsəcəyi barədə planları haqda iki nəfərlə bölüşüb və planın bir hissəsi kimi üç ov bıçağı alıb.

Lakin ötən çərşənbə axşamı səhər Rəhim fikrini dəyişərək yoldaşlarından biri Deyvid Rayta Massaçusettsdə qalaraq göy geyimliləri qətlə yetirəcəyini deyib. “Göy geyimlilər” ümumiyyətlə polis zabitlərinə deyilir.

Bir neçə saat sonra Federal Təhqiqatlar Bürosunun agentləri və Boston polis zabitləri aptek önündə Rəhimin qarşısını kəsib. Federal Təhqiqatlar Bürosu bildirib ki, Rəhim həmin an bıçaq çıxararaq polis zabitinə atdıqdan sonra güllələnərək öldürülüb.

İnsident barədə detallar federal araşdırmalara mane törədməyə cəhd göstərdiyinə görə konspirasiya ittihamı ilə həbs edilən Raytın həbs sənədlərinə daxil edilib.

Federal Təhqiqatlar Bürosu bildirib ki, Rəhimin güllələnərək öldürülməsindən bir neçə saat sonra həbs edilən Rayt Rəhimə mobil telefonunu sındırmağı və kompüterindən bütün məlumatları silməsini tövsiyə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG