Accessibility links

ABŞ prezidenti Ağ Evdə Astronomlar gecəsinə ev sahibliyi edib


ABŞ prezidenti Barak Obama bazar ertəsi Ağ Evdə ölkə boyu ikinci dəfə tələbələr, müəllimlər, astronomlar, mühəndislər və fəza həvəskarlarının iştirak etdiyi Astronomlar gecəsinə ev sahibliyi edib.

Prezident Ağ Evdə toplaşan onlarla ziyarətçiyə deyib ki, onlar növbəti iyirmi ildə Marsa ilk missiyada iştirak edə bilər.

Qonaqlar arasında evdə düzəltdiyi saatı məktəbə gətirərəkən bomba ilə səhv salındığı üçün həbs edilən texaslı yeniyetmə Əhməd Məhəmməd də olub.

Prezident Obama kosmik fəzanın öyrənilməsi istiqamətində fəaliyyətlərin genişləndirilməsi məqsədi ilə özəl-sektorda yeni təşəbbüsləri elan edib.

Bu öhdəliklərə növbəti beş il ərzində ölkədə 100 elm, texnologiya, mühəndislik və riyaziyyat şəbəkələrinin yaradılması və onlarla ştatda 500 min-dən çox şagirdin məktəbdən sonra və yay proqramlarında iştirakının dəstəklənməsi daxildir.

XS
SM
MD
LG