Accessibility links

USAGM hələ də jurnalistlərini Əfqanıstandan çıxarmağa çalışır


ABŞ Dövlət Departamenti və Müdafiə Nazirliyinin onların bazar ertəsi başa çatan Kabil hava limanından təxliyə əməliyyatlarında evakuasiya ediləcəyinə dair təminatlarına baxmayaraq, USAGM-in (Qlobal Media Agentliyi) 100-dən çox işçisi və podratçısı hələ də ailələri ilə birlikdə Əfqanıstandadır.

Jurnalistlər və onların ailələrini Əfqanıstandan çıxarmaq üçün USAGM rəhbərliyi ilə birlikdə çalışan Amerikanın Səsinin icraçı direktoru Yolanda Lopez cümə axşamı yaydığı bəyanatda agentliyin hələ də ölkəni tərk etmək istəyənlərə yardım etmək üçün əlindən gələni etdiyini bildirib.

Lopez "Son bir neçə həftə ərzində həmkarlarımızın Əfqanıstandan təhlükəsiz şəkildə çıxarılması üçün səylərimizin nəticəsiz qalması bizi olduqca məyus etdi. Gecə-gündüz çalışır, saysız-hesabsız maneələri dəf etmək üçün mövcud olan bütün variantları axtarırıq" yazıb.

"Bu kişilər və qadınlar bizim, Amerikanın Səsi ailəsinin bir hissəsidir və bu uğursuzluq bizi dayandırmayacaq" deyə, o bildirib.

Dövlət Departmentinin sözçüsü Ned Prays
Dövlət Departmentinin sözçüsü Ned Prays

Dövlət Departamentinin sözçüsü Ned Prays cümə axşamı keçirilən brifinq zamanı deyib ki, departament jurnalistləri əvvəlcə ABŞ hərbi təyyarəsi, sonra isə çarter təyyarələrindən biri ilə çıxarmaq üçün əlindən gələni edib. Lakin o, bu planın Kabil hava limanına intiharçı hücumundan sonra dəyişdiyini deyib.

"Hava limanına hücum edilən ana qədər biz onların təhlükəsiz təxliyəsi üzərində işləyirdik. Təəssüf ki, əməliyyatın həyata keçirilməsi nəzərəçarpacaq dərəcədə dəyişdi. Bu bizim həmin insanları avqustun 31-nə qədər təhlükəsiz bir yerə yerləşdirməyimizə mane oldu" - deyə, Prays bildirib.

Prays Dövlət Departamentinin jurnalistlərə sadiq qaldığını desə də, onlara və hələ də ölkəni tərk etmək ümidi ilə gözləyən digərlərinə verilən təlimatların təfərrüatları barədə danışmaqdan imtina edib.

Taliban ölkəni tərk etmək istəyən və lazımi sənədləri olan əfqanların ölkədən çıxa biləcəklərinə ictimaiyyət qarşısında söz verib.

Lakin qrupun jurnalistləri hədəf almaq təcrübəsi var.

Jurnalistlər eləcə də İslam Dövləti qrupu kimi silahlı qruplaşmaların riski ilə üzləşir. 2020-ci ilin noyabrında öldürülən Məhəmməd İlyas Dayi də daxil olmaqla, son üç ildə Əfqanıstanda azı dörd USAGM jurnalisti öldürülüb.

Lopez Amerikanın Səsi əməkdaşlarına göndərdiyi elektron məktubunda "Ölkəni tərk etmək və təhlükəsizliyə qovuşmaq istəyən bütün jurnalistlərimizə və ailələrinə yardım etmək üçün əlimizdən gələni etməyə davam edəcəyik" yazıb.

ABŞ hökuməti və digər qruplarla birlikdə işləyən USAGM rəsmiləri
son iki həftə ərzində Əfqanıstanda qalan jurnalistlər və ailələrinin təhlükəsizliyinə təhdid yaratmamaq üçün təxliyyə ilə bağlı vəziyyət haqqında məlumat vermədi.

Peşəkar Jurnalistlər Cəmiyyətinə verdiyi müsahibəsində Lopez jurnalistlərin təhdid altında olduqlarını deyib.

"Biz Taliban liderlərinin sözünə inanmaq istəyirik. Lakin son günlərdə Talibanın bir neçə jurnalisti təqib etdiyini və onların ailə üzvlərinə qarşı zorakılıq hallarının olduğunu təsdiq etdik" - deyən Lopez, detallar barədə məlumat verməyib.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG