ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə Astaranın (Bakıdan 317 kilometr cənub) Fətəlioba icmasında 1,003 metr yeni salınmış yol istifadəyə verilib.
USAID-in məlumatına görə, yeni yol 600-dən çox icma sakininə, xüsusilə uşaq və yaşlılara iqtisadi, sosial və ətraf mühit baxımından müsbət təsir göstərəcək.
Bu günə qədər USAID-in dəstəklədiyi Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqramı çərçivəsində 148 icma 376,000 insanın faydalana biləcəyi 170 icma əsaslı layihə həyata keçirib.