Accessibility links

USAİD Astaranın Pensər kəndində yol çəkib


USAİD Astaranın Pensər kəndində yol çəkib

ABŞ Beynəlxalq İnkişaf Agentliynin (USAID) dəstəyi ilə Astaranın (Bakıdan 317 kilometr cənub) 5500-dən çox sakini olan Pensər icmasında 850 metr yeni salınmış yol istifadəyə verilib.

USAİD-in məlumatında deyilir ki, bu yol uşaq bağçasına, əkin sahələrinə, sosial qurumlara və rayon mərkəzinə çıxışı təmin edir.

Bundan öncə, iyunun 17-də USAİD Astara rayonunun Fətəlioba icmasında 1 003 metr uzunluğunda yolu istifadəyə verib.

Bu günə qədər USAID-in dəstəklədiyi Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqramı çərçivəsində 148 icma 376 000 insanın faydalana biləcəyi 170 icma əsaslı layihə həyata keçirib.

Ümumilikdə isə 1991-ci ildən USAID Azərbaycanda humanitar yardım və səhiyyə sektoruna, habelə iqtisadi və demokratik islahatlara 417 milyon ABŞ dollarından artıq vəsait xərcləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 30-dan çox raket və pilotsuz təyyarəsini vurub
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG