Accessibility links

USAİD Azərbaycanda 3 500 ailəyə yardım paylayacaq


ABŞ səfiri Li Litzenberger yardım bağlamarının hazırlanması zamanı

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger sentyabrın 3-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllülərinin çalışdığı anbarda olub.

Səfir Liteznberger Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi və Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyası (BQXF) və Azərbaycan Qızıl Aypara Cəmiyyəti vasitəsilə həyata keçirilən kampaniya ilə tanış olub.

Kampaniya çərçivəsində ərzaq və gigiyenik məhsullardan ibarət 7 000 bağlama hazırlanıb. Bağlamalar Azərbaycanın 8 rayonunda yaşayan və pandemiya dövründə ehtiyacı olan 3 500 ailəyə çatdırılacaq.

“Biz Azərbaycanda COVİD-19-la mübarizədə BQXF və Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlığımızla fəxr edirik,” o qeyd edib

Bu USAID-in maliyyələşdirdiyi və Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyası (BQXF) və Azərbaycan Qızıl Aypara Cəmiyyəti vasitəsilə həyata keçirilən ikinci kampaniyadır.

Şərhlərə bax

XS
SM
MD
LG