Accessibility links

USAİD Azərbaycanda autizmli uşaqlara dəstəyi genişləndirir


Bu gün, martın 15-də ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Birgə və Sağlam İctimai Birliyi (BSİB) arasında Azərbaycanda autizmli uşaqlara dəstəyi genişləndirəcək yeni anlaşma memorandumunun izmalanma mərasimində iştirak edib.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi Facebook səhifəsində məlumat yayıb.

Məlumatda deyilir ki, Amerikanın Beynəlxalq İnkişaf Agentliyi (USAID/Azerbaijan) tərəfindən dəstəklənən ADPU və BSİB tərəfdaşlıq edərək tələbələri lazımı bacarıq və təlimlə təmin edəcək.

Layihənin həyata keçirilməsi nəticəsində hər bir autizmli şəxsin öz potensialına tam yiyələnməsi, habelə daha dolğun həyat yaşaması üçün və onların ailələri ehtiyac duyduqları dəstəyi ala biləcək.

Səfir Litzenberqer bu hadisənin olduqca unikal olduğunu bildirərək autizmli şəxslərin reabilitasiyasının dünyanın ortaq hədəfi olmalı olduğunu bildirib.

Səfir qeyd edib ki, əgər bu şəxslərə imkan yaradılarsa, onların içərisindən dahilər yetişə bilər.

“Albert Eynşteyn, Robert Fişer kimi dahilər də məhz belə şəxslər idi," Litzenberger qeyd edib.

Səfir bildirib ki, ABŞ bu sahədə daim vətəndaş cəmiyyəti institutlarına dəstək verməyə hazırdır.

Ölkədə autizmili uşaqların rəsmi ststistikası aparılmır. Qeyri-hökumət təşkilatlarının apardığı araşdırmalara görə, Azərbaycanda autizmli uşaqların sayı 5-6 min arasındadır.

XS
SM
MD
LG