Accessibility links

USAİD Azərbaycanda “Qadınların Milli Biznes Gündəliyi” platformasını yaradıb


ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı nümayəndəliyi “Qadınların Milli Biznes Gündəliyi” (QMBG) platformasının yaradıldığını elan edib. Platforma kommersiya sahəsində qadınların iştirakını artırmaq məqsədilə innovativ siyasət tövsiyələri verəcək.

USAID-in Azərbaycandakı missiyasının direktoru Caydev Sinqh bu gün, iyunun 30-da keçirilən tədbirdə bildirib ki, təşkilat belə təşəbbüslər sayəsində, xüsusən də qadınlar üçün daha əlverişli biznes mühiti yaradır və onların rəqabətini pozan inzibati maneələri azaldır.

“Biz qadınların idarə etdiyi təşkilatların və şirkətlərin gücləndirilməsi istiqamətində birgə fəaliyyət göstərərək qadın sahibkarlığını milli iqtisadiyyatın aparıcı qüvvəsi kimi qəbul edən iqtisadi islahatlar gündəliyini ön plana çəkirik,” Caydev Sinqh deyib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarların bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində bundan sonra da işləri davam etdirməyə hazır olduqlarını bildirib.

Onun dediyinə görə, KOBİA-nın həyata keçirdiyi tədbirlərdən və maliyyə dəstəyindən faydalanan şəxslərin 30%-i qadınlardır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Məmmədova bildirib ki, pandemiyaya baxmayaraq, 2020-ci ildə 448 qadın sahibkar 4,4 milyon manat həcmində kredit əldə edib.

“2021-ci ilin ilk 6 ayı ərzində 143 qadına 1.7 milyon manat həcmində kredit verilib,” o deyib.

Təşkilatçılar qeyd edib ki, USAID-in Özəl Sektorun İnkişafı Layihəsi qadın sahibkarlığın inkişafını dəstəkləyən ilk plastformadır.

“Qadın sahibkarları dəstəkləməyimiz ən uğurlu fəaliyyətimizdir. Ölkənin potensialı yüksəkdir və biz məhz bu potensialı inkişaf etdirməyə çalışırıq,” Sinqx bildirib.

Panel müzakirələrində biznesin reallaşdırılması üçün qadınlara göstərilən dəstək, həmçinin gələcək sahibkarlar üçün nəzərdə tutulmuş layihələr və treninqlər haqqında məlumat verilib.

1991-ci ildən USAID Azərbaycanda humanitar yardım və səhiyyə sektoruna, habelə iqtisadi və demokratik islahatlara 417 milyon ABŞ dollarından artıq vəsait xərcləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Avstraliya ABŞ və Britaniya ilə yeni müdafiə sazişi imzalayıb
please wait

No media source currently available

0:00 0:12:53 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG