Accessibility links

USAID, AZPROMO və USACC Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracına dəstək sahəsində memorandum imzalayıb


USAID, AZPROMO və USACC memorandum imzalayıb

Bu gün, iyunun 9-da ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu - AZPROMO və ABŞ-Azərbaycan Ticarət Palatası (The United States-Azerbaijan Chamber of Commerce (USACC) kənd təsərrüfatı məhsullarının ixracına və investisiyaya dəstək sahəsində tərəfdaşlığın əsasını qoyan anlaşma memorandumu imzalayıb.

Bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) məlumat yayıb.

Sənəddə Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının yeni bazarlara çıxarılması və təşviqi işlərinin aparılması, Azərbaycan iqtisadiyyatına xarici sərmayə yatırımının genişləndirilməsi məsələləri əksini tapıb.

USAID bildirir ki, tərəfdaşlıq Azərbaycanın kiçik və orta ölçülü kənd təsərrüfatı müəssisələrinin xarici bazarlara çıxışını asanlaşdırmaq məqsədi daşıyır.

“Bu təşəbbüs çərçivəsində Azərbaycan kənd təsərrüfatı müəssisələrinin xarici sərgilər və ticarət missiyalarında iştirakını dəstəkləyəcəyik, habelə alıcıları və satıcıları bir araya gətirmək üçün alıcıların Azərbaycana missiyalarını təşkil etməklə ABŞ-Azərbaycan aqrar biznes əlaqələrini təşviq edəcəyik. Nəticədə, Azərbaycanın bağçılıq məhsullarının istehsalçıları, emalçıları və ixracatçıları məhsuldarlığı və keyfiyyəti artıracaq, məhsullarının dəyərini yüksəldəcək, habelə satış bazarlarını genişləndirəcək, bu isə geniş iqtisadi inkişafa və dayanıqlığa gətirib çıxaracaq” USAID qeyd edir.

Şərhlərə bax

XS
SM
MD
LG