Accessibility links

USAİD Cocuq-Mərcanlıda yeni layihə həyata keçirib


USAİD Cocuq-Mərcanlıda yeni layihə həyata keçirib
USAİD Cocuq-Mərcanlıda yeni layihə həyata keçirib

Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) layihəsi əsasında Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində inkubator məntəqəsi tikilib.

USAİD-in məlumatına görə, oktyabrın 10-da keçirilən açılış mərasimində Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və USAID-nin Azərbaycandakı missiyasının direktor əvəzi Maykl Henninq iştirak edib.

Layihəni USAID maliyyələşdirib və iqtisadiyyat nazirliyi dəstək verib və Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqram çərçivəsində həyata keçirilib.

Yeni inkubator məntəqəsi əsas gəlir mənbəyi kimi quşçuluqla məşğul olan Cocuq Mərcanlı və qonşu üç kənddə 800-ə yaxın ailəyə xidmət edəcək.

Cocuq Mərcanlı sakinlərinin ilk icma layihəsi - yem emalı və toxum təmizləmə məntəqəsi -USAID və İqtisadiyyat nazirliyinin dəstəyi ilə 2017-ci ildə həyata keçirilib.

“Bu USAID layihələri Amerika xalqı tərəfindən maliyyələşir. Bunlar Cocuq Mərcanlı sakinləri, Azərbaycan xalqı və Amerika xalqı arasında tərəfdaşlıq və dostluq rəmzidir. Biz sizin tərəfdaşınız və dostunuzuq,” USAID-in Azərbaycandakı missiyasının direktor əvəzi Maykl Henninq qeyd edib.

USAID-in Sosial-İqtisadi İnkişaf Fəaliyyəti layihəsi Şərq-Qərb İdarəçilik İnstitutu tərəfindən İqtisadiyyat nazirliyi ilə əməkdaşlıq şəklində icra edilir. 2011-ci ildən SEDA icmaları 160-dan çox layihə icra edib ki, bunların sırasında yerli iqtisadiyyati dəstəkləyən, tibb məntəqələri, yollar, su və suvarma sistemləri, habelə yerli məktəb təmiri layihələri var. Bu layihələrdən 120-dən çox icmada 300 000 insan faydalana bilir.

XS
SM
MD
LG