Accessibility links

USAİD-in dəstəyi ilə Xaçmazda su təminatı yaxşılaşdırılıb


Martın 1-də Xaçmaz rayonunun (Bakıdan 168 kilometr şimal) Xaspoladoba, Arzu və Sərkərli kəndlərində bir yeni suvarma və iki su təminatı layihələrinin açılışı keçirilib. Layihələr nəticəsində yerli fermerlərin suvarma suyuna əlçatanlığı və bir neçə min sakinin texniki su təminatı yaxşılaşacaq. Bu barədə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) məlumatında deyilir.

Layihələr ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycan hökuməti və yerli icmalar arasında əməkdaşlıq çərçivəsində inşa edilib.

xaçmazda layihənin açılış mərasimi
xaçmazda layihənin açılış mərasimi

“Xaspoladoba kəndində qazılmış iki yeni artezian quyusu su çatışmazlığı səbəbindən məhsuldarlığı aşağı düşən ətrafdakı fındıq və meyvə bağlarının suvarma suyu ilə təminatını yaxşılaşdıracaq. Lazımı qədər suvarma suyu fındıq və meyvə ağaclarının məhsuldarlığını, habelə məhsulun ölçü və keyfiyyətini artıracaq. Daha yaxşı məhsuldarlıq yerli fermerlərin gəlirlərinin artmasına səbəb olacaq” , məlumatda qeyd edilir.

Xaspoladoba kəndindəki layihə USAID-in Sosial-İqtisadi İnkişaf Layihəsi (SEDA) və Azərbaycanda Kənd Təsərrüfatına Dəstək Layihəsi çərçivəsində həyata keçirilib.

Arzu və Sərkərli kəndlərində müvafiq olaraq 60 və 25 tonluq yeni su çənləri, habelə iki kənddə toplam 8 kilometrə yaxın yeni su boruları quraşdırılıb. Yeni su sistemləri 2400 sakini gündəlik istifadə üçün su ilə təmin edəcək. Həmin layihələr USAID-in SEDA adlı layihəsi çərçivəsində həyata keçirilib.

USAID-in Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı layihəsi Azərbaycan hökumətinin dəstəyi ilə Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunur və rayonlarda sosial-iqtisadi inkişafı artırmaq və həyat səviyyəsini yaxşılaşdırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir. USAID-in SEDA layihəsində iştirak edən icma sakinləri öz vaxt və vəsaitlərini xərcləyərək 146 icmada 240.000-ə yaxın insanın faydalana biləcəyi 131 layihənin həyata keçirilməsinə töhfə veriblər.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG