Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə Ağdam rayonunun Sarıcalı kəndində (Bakıdan 351 kilometr qərb) yeni tibb məntəqəsi istifadəyə verilib.
USAİD-Azərbaycan bildirir ki, yeni tibb məntəqəsi kəndin 1 900-ə yaxın sakininin tibb xidmətlərinə əlçatanlığını yaxşılaşdıracaq. Əvvəlki bir otağlı məntəqədən fərqli olaraq yeni 3 otaqlı tibb məntəqəsi icmanın 416 ailəsinə daha keyfiyyəti xidmətlər göstərə biləcək.
Bu günə qədər USAID-in dəstəklədiyi Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqramı çərçivəsində 400 000-ə yaxın insanın faydalana biləcəyi 173 icma əsaslı layihə həyata keçirib.