Accessibility links

USAİD-nin maliyyə dəstəyi ilə Goranboyda yem emalı və toxum təmizləmə məntəqələri inşa edilib


USAİD-nin missiya direktoru Goranboyda yem emalı və toxum təmizləmə məntəqələrini açıb
USAİD-nin missiya direktoru Goranboyda yem emalı və toxum təmizləmə məntəqələrini açıb

Dekabrın 3-də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) missiya direktoru Caydex Sinqx Goranboy rayonunun Faxralı və Qaradağlı kəndlərində (Bakıdan 350 kilometr qərb) iki yem emalı və toxum təmizləmə məntəqələrinin açılışında iştirak edib. Bu barədə USAİD-in məlumatında deyilir.

USAİD bildirir ki, yeni məntəqələr maldarlıq, quşçuluq və kənd təsərrüfatı ilə məşğul olan 2000-ə yaxın ailənin vaxtına, puluna və enerjisinə qənaət etməyə kömək edəcək.

“İcmanıza olan dəstəyimiz ABŞ və Azərbaycan xalqları arasında davamlı dostluğun rəmzidir”, missiya direktoru Caydex Sinqx qeyd edib.

O həmçinin USAID və Azərbaycan hökuməti arasında möhkəm və davamlı tərəfdaşlığı alqışlayıb.

Goranboy rayon icra hakimiyyəti başçısının müavini Elçin İsmayılov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədrinin müavini Nadir Adilov, habelə USAID əməkdaşları və yerli sakinlər tədbirə qatılıblar.

USAID-in Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı layihəsi Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunur və rayonlarda sosial-iqtisadi inkişafı artırmaq və həyat səviyyəsini yaxşılaşdırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir.

USAİD indiyədək ABŞ və Azərbaycan 215 000-dən çox insanın yaşadığı 146 müxtəlif icmada 125 icma layihəsi həyata keçirib.

XS
SM
MD
LG