Accessibility links

USAID və Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Anlaşma Memorandumu imzalayıb


USAID və Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Anlaşma Memorandumu imzalayıb

Bu gün, iyulun 8-də Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) arasında kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və USAID-in Azərbaycan üzrə missiyasının direktoru Caydev Sinqx imzalayıb.

Bu barədə USAID Facebook səhifəsində məlumat yayıb.

İmzalanma mərasimində ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer də iştirak edib.

KOBİA-nin məlumatında deyilir ki, sənədə əsasən KOBİA və USAID daha əlverişli və rəqabətli biznes mühitinin yaradılması istiqamətində birgə təşəbbüslər həyata keçirəcək, yerli KOB-lara məhsuldarlığı, gəlirləri və keyfiyyəti artırmaq, satış bazarlarını şaxələndirmək imkanı verən, eləcə də “COVID-19” pandemiyası kimi böhranlı vəziyyətlərə qarşı dayanıqlığı gücləndirən tədbirləri dəstəkləyəcək. Birgə əməkdaşlıq çərçivəsində KOBİA və USAID Azərbaycanda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların rəqabətliliyinin, biznes assosiasiyaların potensialının gücləndirilməsini, ölkəmizə innovativ biznes texnologiyalarının gətirilməsini də diqqət mərkəzində saxlayacaq.

“KOBİA yerli KOB-ların inkişafı üçün qabaqcıl təcrübənin öyrənilməsinə, bu sahədə müvafiq təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verir. İnanırıq ki, USAID ilə imzalanmış Anlaşma Memorandumu da biznes tərəfdaşlığının inkişafına, KOB-lara göstərilən dəstək və xidmətlərin daha da yaxşılaşmasına, KOB-ların böyüməsinə öz müsbət töhfəsini verəcəkdir,” KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib.

“ABŞ və Azərbaycan şirkətləri arasındakı biznes tərəfdaşlığı və əlaqələri qarşılıqlı dostluq münasibətlərinin gücləndirilməsi və iqtisadi artımın təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Ümid edirik ki, bu anlaşma memorandumu birgə inkişafa şərait yaradan biznes tərəfdaşlıqlarının qurulması ilə nəticələnəcək,” ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer bildirib.

“USAID belə hesab edir ki, kiçik və orta sahibkarlıq inkluziv və dayanıqlı iqtisadi inkişafı təmin etməklə yoxsulluğun azaldılmasında müstəsna rol oynayır. Ona görə də kiçik və orta sahibkarları dəstəkləmək və onlar üçün əlverişli biznes mühiti yaratmaq missiyasını həyata keçirən KOBİA-nın oynadığı rol əhəmiyyətlidir. Biz qarşılıqlı tərəfdaşlığı daha da gücləndirmək niyyətindəyik,” USAID-in Azərbaycan üzrə missiyasının direktoru Caydev Sinqx bildirib.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG