Elektrik təchizatının yaxşılaşdırılması, yolların abadlaşdırılması, tibb məntəqələrinin inşası, həmçinin suvarma və təsərrüfat sularından istifadə imkanları yaradan icma inkişafı layihələri 14 və 15 dekabrda keçiriləcək Dördüncü İllik İcma İnkişafı üzrə konfransın əsas mövzusudur.
USAİD-in məlumatına görə, icma inkişafı sahəsində əldə edilmiş nailiyyətləri müzakirə etmək üçün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Administratorunun Avropa və Avrasiya üzrə müavini Brok Birman və Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov 24 rayonun 150-yə yaxın icmasını təmsil edən icma liderləri ilə bir araya gəlib.
2019-cu ilin oktyabr ayına qədər icmalarla əməkdaşlığı davam etdirəcək.
Konfrans iştirakçıları sosial-iqtisadi icma inkişafı layihələrini icra etmək üçün resursların səfərbər edilməsində əldə etdikləri uğurlar, qarşılaşdıqları çətinliklər və ən yaxşı təcrübələr, həmçinin Azərbaycanın aid olduqları regionlarında icma inkişafı sahəsində yeni imkanlar və fəaliyyətlər haqqında məlumatları bölüşür.
İki günlük konfrans USAID və Azərbaycan İqtisadiyyat Nazirliyi tərəfindən dəstəklənən Azərbaycanda Sosial İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) proqramı çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən təşkil edilib.
SEDA proqramı çərçivəsində 215.000-dən çox insanın məskəni olan 150-yə yaxın icmaya onların həyat və güzaranlarını yaxşılaşdıran 125 sosial iqtisadi layihə vasitəsilə kömək edilib. Proqram əlavə 43 sosial iqtisadi layihəni icra etmək üçün 2019-cu ilin oktyabr ayına qədər icmalarla əməkdaşlığı davam etdirəcək.
Brok Birman bundan öncə 2018-ci il fevralın 28-dəAzərbaycanda səfərdə olub. O dövlət rəsmiləri ilə görüşlərindən sonra keçirdiyi mətbuat konfransında deyib ki,USAİD-in fəaliyyəti üçün qapılar açıq deyi. O hökumətin USAİD-ə qarşı münasibətini tənqid etmişdi.