Accessibility links

USAID: Azərbaycanın beş şirkəti qlobal bazara məhsul çıxarır


Azərbaycanda konserv istehsalı
Azərbaycanda konserv istehsalı

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi nəticəsində Azərbaycanın beş şirkəti qlobal bazara məhsul çıxarır.

Bu barədə USAİD-nin 7 iyun Ümumdünya Qida Təhlükəsizliyi Günü münasibəti ilə yaydığı məlumatda deyilir.

Azərbaycanda konserv istehsalı
Azərbaycanda konserv istehsalı

“Son beş ildə USAID-in Azərbaycanda kənd təsərrüfatının inkişafı layihələri aqrar müəssisələrə qida təhlükəsizliyini təkmilləşdirməyə və nəticə etibarilə daha çox ixrac imkanları əldə etməyə kömək edib. USAID 7 şirkətə beynəlxalq qida təhlükəsizliyi sahəsində sertifikatlaşmaya kömək edib. USAID-in dəstəyindən öncə yalnız bir kənd təsərrüfatı istehsalçısı bir çox beynəlxalq alıcıların tələb etdiyi Qlobal Aqrar Təcrübələr (Global G.A.P.) standartına malik idi. İndi isə USAID-in sayəsində bu şirkətlərin sayı beşdir. Biz Azərbaycan məhsullarının qlobal bazara çıxarmasına kömək edirik,” USAID qeyd edir.

XS
SM
MD
LG