Accessibility links

USAID Astara və Lənkəranda təhsil müəssisələrində iki kompüter laboratoriyası yaradıb


Martın 31-də və aprelin 1-də ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Astara və Lənkərana (Bakıdan 300-350 kilometr cənub, İranla sərhəd-red) səfər edib, yerli təhsil müəssisələrində ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən iki kompüter laboratoriyasının açılışında iştirak edib.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatına görə, USAID tərəfindən maliyyələşdirilən və Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) tərəfindən təşkil olunan kompüter laboratoriyalarında Astara Pedaqoji Kollecində 21, Lənkəran Dövlət Universitetində isə 17 yeni kompüter tələbələrin istifadəsinə verilib.

USAID has established two computer labs in educational institutions in Astara and Lankaran
USAID has established two computer labs in educational institutions in Astara and Lankaran

Səfir Litzenberger USAID-in bu kompüter laboratoriyaları üçün maliyyələşdirmə məqsədini izah edərkən deyib: “Biz gənc azərbaycanlıların uğur qazanması üçün əlimizdən gələni etmək istəyirik. Mən burada gənclərdə belə bir potensial görürəm və bilirəm ki, yalnız bir az əlavə kömək olsa, onlar gələcəkdə çox şeyə nail ola bilərlər. Buna görə də ABŞ hökuməti azərbaycanlı gənclərə sərmayə qoyur”.

Gənclərin və qadınların iqtisadi dayanıqlığının gücləndirilməsinə yönəlmiş 1 milyon dollarlıq üç illik layihə çərçivəsində USAID və BMT tələbələrə informasiya texnologiyaları, kompüter elmləri və dillər üzrə təhsil almaq üçün daha yaxşı imkanlar yaratmaq məqsədilə Azərbaycandakı təhsil müəssisələrində beş kompüter laboratoriyası yaradıb. Bu beş kompüter laboratoriyası ilə yanaşı, USAID Azərbaycan Dövlət Aqrar Universiteti ilə birlikdə ABŞ-ın Oklahoma Dövlət Universitetilə ikili diplom proqramı, həmçinin İtaliyanın Ferrero kənd təsərrüfatı firması ilə birgə fındıq istehsalı üzrə Texniki Sertifikat Proqramı həyata keçirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG