ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Administratorunun Avropa və Avrasiya üzrə müavininin köməkçisi Aleks Sokolovski Azərbaycana dörd günlük səfərdə olub.
USAİD-nin mətbuat üçün açqılamasında deyilir ki, Aleks Sokolovski Bakıda və ölkənin regionlarında görüşlər keçirib.
“Bakıdan kənara səfər edərək gözəl Lənkəran və Qubada USAID-in çalışdığı insanlarla tanış ola, həm də Bakıda yüksək hökumət rəsmilərilə çox məhsuldar görüşlər keçirə bildim. Hər iki tərəf USAID və hökumət arasında tərəfdaşlığı genişəndirmək üçün müəyyən addımar haqqında razılığa gəldilər. Mən həmçinin vətəndaş cəmiyyyəti və mediya nümayənələrilə onların hökumətlə dialoquna necə dəstək göstərə biləcəyimizə dair töhfələrini öyrənmək üçün görüşdüm. Vətəndaş cəmiyyəti və mediya vətəndaşların ehtiyaclarını daha yaxşı qarşılamaq üçün hökumətə dəstək olan dəyərli vasitələrdir,” Sokolovski qeyd edib.
Səfər zamanı Aleks Sokolovski Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, kənd təsərrüfatı naziri İnam Kərimov, iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov və Azərbaycanın birinci vitse-prezidentin köməkçisi Emin Hüseynovla görüşərək iqtisadiyyatın şaxələndirilməsi və əsas islahatlara dəstək sahəsində USAID və Azərbaycan arasında uğurlu əməkdaşlığı müzakirə edib.
USAID Administratorunun Avropa və Avrasiya üzrə müavininin köməkçisi oktyabrın 16-da Lənkəranda, oktyabrı 17-də Qubada görüşlər keçirib.
2014-cü ildən USAID-in Azərbaycanda kənd təsərrüfatı müəssisələrinə texniki dəstək qismində 10 milyon ABŞ dolların dəyərində sərmayə qoyub. Bu da 70 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı ixracı ilə nəticələnib.