Accessibility links

USAID Yaxın Şərqdə dini azadlığın təbliğinə kömək edir


ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalə

"Siyasətçilərin münaqişəyə təkan vermək və insanları qarşıdurmaya səfərbər etmək məqsədilə insanların inanclarını istismar etmələrini izləmək dəhşətlidir" - deyə, Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi-nin (USAID) Yaxın Şərq üzrə administrator köməkçisi Maykl Harvi bildirir.

"Çox az şey var ki, onlara şahid olmaq siyasətçilərin siyasi məqsədlərə çatmaq üçün cəmiyyətdəki bölgülərdən insanları daha da bölmək üçün istifadə etmələrini izləməkdən daha çətindir," Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi-nin (USAID) Yaxın Şərq üzrə administrator köməkçisi Maykl Harvi bildirir.

"Siyasətçilərin münaqişəyə təkan vermək və insanları qarşıdurmaya səfərbər etmək məqsədilə insanların inanclarını istismar etmələrini izləmək dəhşətlidir, istər bu İŞİD olsun, istərsə də Tehrandakı rejim."

Administrator köməkçisi Harvi son müsahibəsində deyib ki, bölgədə şiddət və qiyama səbəb olan bu münaqişələrdən biri sünnilər və şiələr arasındakı çəkişmədir.

Digəri isə dini azlıqların dəhşətli təqibidir:

"İŞİD-in Suriya və İraqın şimalındakı xristian və yezidi azlıq icmalarına qarşı etdikləri bu əsrin ən böyük faciələrindən biri idi".

Lakin "bölgədə bunun baş verməsini görmək istəmədiyimiz insanlar olanda geri çəkilib hadisələri passiv şəkildə seyr etməməliyik" deyə Harvi bildirib.

USAID onlara yardım üçün oradadır:

"Bizim etdiklərimizin çoxu bu icmalar arasında," istər yezidilərlə Suriya sərhədindəki sünni qonşuları, istərsə də xristianlarla İraqdakı qonşuları arasında, "əlaqələri bərpa etməyə yönəlib."

"Biz xristian və yezidi icmaların yaşadıqları ərazilərə qayıda bilmələri üçün məktəblərin yenidən inşa olunmasında, şəhərlərin yenidən qurulmasında, dağıntıların təmizlənməsində, su sistemlərinin və elektrik enerjisinin yenidən təmin olunmasında çox fəal iştirak etmişik. Lakin bütün bu problemlərin bir çoxu təkcə fiziki problem deyil. Əsas məsələlərdən biri xristian və yezidi icmaları və ətraflarındakı müsəlman qonşuları arasında yenidən etimadın qurulmasına nail olmaqdır".

"Ona görə də, biz icmaların bu faciəli tarixin öhdəsindən gəlmələrinə kömək etmək üçün çox vaxt sərf edirik və gələcəyə doğru hansı addımlar atıla bilər deyə ortaq bir məxrəc əldə etməyə çalışırıq," Harvi deyib.

Sonda o qeyd edib:

"Fəaliyyətləmiz nəticəsində müəyyən etdik ki, ixtilaf yaratmaq istəyən insanlar azlıq, aralarındaki oxşarlıqları artırmaq istəyən insanlar isə çoxluq təşkil edir. Və biz hər zaman olduğu kimi gələcəkdə də vaxtımızı və gücümüzü insanların səsinə səs verməyə sərf etməyə davam edəcəyik."

Şərhlərə bax

XS
SM
MD
LG