Accessibility links

Marqo Ellis: USAİD Azərbaycanla əməkdaşlığını davam etdirmək fikrindədir [Video]


USAİD rəsmisi Azərbaycanda danışıqlar aparıb

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini vəzifəsini icra edən Marqo Ellis Azərbaycana səfəri ilə bağlı mətbuat konfransı keçirib.

O, Azərbaycan hökumət rəsmiləri, o cümlədən xarici işlər nazirinin müavini Xələf Xələfovla, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədiri Azay Quliyevlə, vətəndaş cəmiiyyətinin nümayəndələri ilə görüşlər keçirib.

Görüşlərdə ABŞ və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib

Xanım Ellis Azərbaycanda göstərilən xarici yardım haqqında ətraflı öyrənmək üçün ölkədə təmsil olunan beynəlxalq təşkilatlar və qurumlarla, o sıradan Avropa Birliyi, BMT, Avropa Şurası, Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri ilə də görüşüb.

“USAID-in məqsədi Azərbaycanla möhkəm və müsbət münasibətlər qurmaq, ölkələrini stabil, firavan və demokratik görmək istəyən Azərbaycan vətəndaşlarına yardım etməkdir”, o bildirib.

Marqo Ellis deyib ki, ABŞ və Azərbaycan artıq 25 ildir əməkdaşlıq edir.

“25 il ərzində ABŞ Azərbaycana 1,3 milyrad dollar həcmində yardım edib. Bu yardımların 400 milyon dolları İSAİD-in həyata keçirdiyi layihələr vasitəsi ilə Azərbaycana təqdim edilib. Bu mənada ABŞ-la Azərbaycanın tərəfdaşlığı davamlılığı ilə seçilir”.

Xanım Ellis Amerikanın Səsinin USAİD-nin 2018-ci büdcə ilində Azərbaycanda fəaliyyətini davam etdirib-etdirməyəcəyi ilə bağlı sualının cavabında deyib ki, USAİD Azərbaycanla əməkdaşlığını davam etdirmək fikrindədir.

“ABŞ-ın 2018-ci il büdcəsi ilə bağlı ilkin layihə açıqlandıqdan sonra bəzi ölkələrə maliyyə yardımının azaldılması və ya kəsilməsi ilə bağlı şayiələr yayılıb. Lakin, ABŞ-da sistem belədir ki, istənilən büdcə layihəsi Konqres və Senatdan keçməlidir. Müəyyən vaxtdan sonra maliyyənin kəsilib-kəsilməyəcəyi dəqiqləşəcək. Bu müddətdə isə biz Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik".

O USAİD-nin Azərbaycanda iqtisadiyyatın diversifikasiyası, kiçik və orta biznesin inkişafı sahəsində islahatlara bundan sonra da dəstək verəcəyini deyib.

Marqo Ellis qranlarla bağlı ölkədə yaranmış çətinlıiklərlə barədə sualın cavabında deyib ki, bir qayda olaraq Azərbaycanla danışıqlarda QHT-lərin qeydiyyatı məslələrinə toxunulub.

“Azərbaycan bu ilin yanvarından QHT-lərin qeydiyyatını “vahid pəncərə” prinsipi ilə həyata keçirəcəyini bəyan edib. Biz bunu alqışlayırıq. USAİD bütün layihələrini cəmiyyəti təmsil edən QHT-lərlə həyata keçirir. Yəqin ki, Azərbaycan hökuməti QHT-lərin bizim üçün nə qədər əhəmiyyətli olduğunu başa düşür”, o qeyd edib.

O Amerikanın Səsinin USAİD-nin Azərbaycan hökuməti ilə demokratiya və insan hüquqlarının dərinləşdirilməsi sahəsində layihələrin rellaşadırılması ilə bağlı danışıqlar aparıb-aparmaması barədə sualının cavabında deyib ki, layihələrdə vətəndaş cəmiyyətinin inkişafı da var.

“Biz layihələri əsasən regionlarda, yerli hökumətlər və icmalarla müzakirə əsasında müəyyənləşdiririk. Layihələrimizin həyata keçirilməsi nəticəsində 500 000 insanın həyat şəraitinin yaxşılaşdırılmasına kömək etmişik. Düşünürük ki, insanlar layihələrin nəticələrini prakitiki cəhətdən görməlidir”, o bildirib.

Mayın 19-da xanım Ellis Goranboy, Şəmkir və Samux rayonlarına səfər edib yerli icma üzvləri, habelə USAID və Azərbaycan hökumətinin dəstəklədiyi layihələrdən faydalanan şəxslərlə görüşəcək. Həmçinin, o, Gəncə şəhərində Azərbaycanın regionlarında qadınların imkanlarının artırılması mövzusunu müzakirə etmək üçün yerli qadınlarla görüşəcək.

XS
SM
MD
LG