Accessibility links

Bin Ladenin yerini müəyyən etməyə yardım edən pakistanlının vəkili öldürülüb


Mərkəzi Kəşfiyyat Agentliyinə Usama Bin Ladenin yerini müəyyən etməyə yardım edən pakistanlının sabiq vəkili Pakistanın şimal-qərbində Pişəvər şəhərində güllələnərək öldürülüb.

Pakistanda Taliban qrupu həkim Şakil Afridinin sabiq vəkili Samiullah Afridinin ölümünə görə məsuliyyəti öz üzərinə götürüb. Qrup onun Bin Ladenin ölümünə görə qisas almaq məqsədilə öldürüldüyünü bildirərək, işlə əlaqədar hadisə ilə başqalarının da hədəf alınacağını bildirib.

Gənc vəkil Məhəmməd Ayaz Xan onun səhfən hədəf alınmasının səbəblərini izah edib.

“Samiullah Şakil Afridinin məhkəmə işində onun vəkili idi. Lakin təyziqlərə məruz qaldıqda ölkəni tərk edib. O bir neçə ay əvvəl geri döndükdə Şakil Afridinin məhkəmə işinə baxmaqdan imtina edib.”

Həkim Afridi Bin Ladenin öldürüldüyü evdən DNK nümunələri toplamaq üçün Mərkəzi Kəşfiyyat Agentliyi tərəfindən saxta yaradılmış polio vaksini kampaniyasına rəhbərlik edirdi.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG