Accessibility links

Yusif Bəkirov: Azərbaycan BMT-yə uşaqların hüquqlarının müdafiəsi ilə bağlı alternativ hesabat təqdim etmir


Yusif Bəkirov
Yusif Bəkirov

"Azərbaycanda uşaq hüquqları çox pis şəkildə və çox aşağı səviyyədə təmin edilir".Bu barədə Turan agentliyinə Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov bildirib.

Y.Bəkirov hesab edir ki, Azərbaycanda uşaqların hüquqları korrupsiyaya qurban edilib.

"Əvvəl bağça sisteminə aid binalar alındı, bu binların yerində hündürmərtəbəli binalar tikdilər, uşaqların hüquqları heç yada düşmədi, bu hündürmərtəbəli binaların ilk mərtəbəsi ticarət marketlərinə, müxtəlif itcarət-iaşə obyektləri olaraq verildi. Bununla bağlı hətta dövlət başçısı İlham Əliyevin tövsiyəsini belə dinləmədilər".

USAID-in missiya direktoru Mikaela Meredis Azərbaycan Uşaqlar Birliyində
USAID-in missiya direktoru Mikaela Meredis Azərbaycan Uşaqlar Birliyində

Y.Bəkirov bildirib ki, rəsmi rəqəmlərə əsasən uşaqların 18%-i uşaq bağçası ilə təmin edilib, qalan 82% isə bu əhatə dairəsinə daxil deyil.

"Bu, rəsmi rəqəmdir, amma mən təxmini hesablamalara görə, bu düşüncədəyəm ki, ən yaxşı halda 8% uşaq bağça ilə təmin edilib. Bunun da səbəbi çoxdur, amma bütün səbəblərin başında maliyyə vəsaitinin olmaması durur. Bağçaların qiymətləri o qədər bahadır ki, bəzən bir aylıq maaşdan çox yuxarı olur".

Y.Bəkirova görə, uşaqların problemləri bununla bitmir və ən böyük problem təhsil səviyyəsinin aşağı səviyyədə olmasıdır. Təhsil Nazirliyinin nə deməsindən asılı olmayaraq təhsilin yaxşılaşması ilə bağlı konkret heç nə hiss olunmur.

"Bunu hamı bilir ki, məktəblilər repitetor yanına, kurslara getməsələr ali məktəblərə qəbul ola bilmirlər, bu isə təhsilin səviyyəsinin hansı dərəcədə olmasının göstəricisidir. İndi məktəbli oxusa da, oxumasa da imtahan uğuru müəllim yanına getməsindən keçir. Odur ki, bu təhsil səviyyəsilə öyünmək olmaz".

Y.Bəkirov deyib ki, BMT Uşaq Hüquqlarını Müdafiə Təşkilatı Azərbaycan tərəfə tövsiyələr versə də onlar yerinə yetirlməyiblər və bağçaların sayının artırılması da tövsiyələr arasında yer alıb. Azərbaycan BMT-yə ölkədə uşaqların hüquqlarının müdafiəsi ilə bağlı alternativ hesabat təqdim etmir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG