Accessibility links

Uşaqlar üçün genişləndirilmiş reallıq [Video]


Uşaqlar üçün genişləndirilmiş reallıq
please wait

No media source currently available

0:00 0:02:21 0:00

Genişləndirilmiş reallıq yavaş-yavaş bizim gündəlik həyatımıza daxil olur. İsveçrəli alimlər isə deyir ki, ondan uşaqların davranışlarını araşdırmaq üçün istifadə etmək olar. Tabletlər üçün hazırlanmış yeni applikasiya alimlərə kompyuter oyunları oynamağın genişləndirilmiş yaradıcılığa gətirib çıxarıb-çıxarmadığnı tədqiq etməyə yardım edəcək.

Genişləndirilmiş reallıq, qısaca AR, kompyuterin yaratdığı görüntülərin insanın təxəyyülünə daxil edilməsidir.

Genişləndirilmiş reallıq
Genişləndirilmiş reallıq

SüriXdə yerləşən Oyun Texnologiyaları Mərkəzinin tədqiqatçıları uşaqlar üçün tablet applikasiyası düzəldib. Bu applikasiya ilə boya kitablarındakı personajlar canlana bilir.

Oyun Texnologiyaları Mərkəzindən Fabio Zund: “Hər hansı bir pesonajı adi yolla rəgləyirsən. Amma daha sonra bizim applikasiyadan istifadə edərək, həmin personaj canlanır və rənglər 3D modelə köçürülür”.

Onların əsas məqsədi insanların davranışlarını və yeni texnologiyardan necə istifadə etdiklərini yoxlamaq üçün bir vasitə yaratmaq idi.

Bir neçə il öncə ictimaiyyət bir neçə səbəbdən Google Glass adlı genişləndirilmiş reallıq cihazını qəbul etmədi.

Amma bir çox müxtəlif peşələrə sahib insanlar bu cihazdan istifadə edərək çox dəyərli məlumatlar əldə edə bilir. Məsələn, əməliyyat zamanı həkimlər bu cür eynəkləri taxan kimi, xəstə ilə bağlı bütün məlumatları görür. Konveyer işçiləri isə işlərini dayandırmadan təlimat kitabçasını oxuya bilir.

İsveçrəli alimlər deyir ki, genişləndirilmiş reallıq genişləndirilmiş yaradıcılığa çevrilə bilər. Onunla hətta virtual musiqi qrupu belə yaratmaq olar.

Hər hansı bir pesonajı adi yolla rəgləyirsən. Amma daha sonra bizim applikasiyadan istifadə edərək, həmin personaj canlanır və rənglər 3D modelə köçürülür.
Fabio Zund

“Bizim diqqət yetirdiyimiz sahələrdən biri də genişləndirilmiş yaradıcılıqdır. Bu, genişləndirilmiş reallıqdan istifadə edərək yaradıcılığımızı artırmağımız deməkdir. Biz bu mövzuyla əlaqəli tədqiqatların aparılmasına çalışırıq. Amma bundan əlavə, mən genişləndirilmiş reallığın bütün dünyadakı demək olar, hər biznesə təsiri olacağını düşünürəm”, deyə Sürix universitetindən Bob Sumner bildirir.

Applikasiyanın yaradıcıları deyir ki, kağızın üzərində çəkilən personajları canlandıra bilmək uşaqların təxəyyüllərini inkişaf etdirməyə yardım edə bilər.

Bob Sumner: “Biz genişləndirilmiş reallıqdan sitifadə edərək kreativ fəaliyyətləri artırmağa çalışırıq. Bu, bizim daha böyük məqsədimizlə də uyğunlaşır, çünki biz oyun texnologiyalarından insaların davarnışlarını anlamaq üçün bir vasitə olaraq istifadə etmək istəyirik”.

Applikasiya vasitəsilə hər hansı bir şəkli canladıra bilmək imkanı tədqiqatçılara uşaqların ətraflarındakı dünyanı necə gördüklərini araşdırmağa yardım edə bilər.

XS
SM
MD
LG