Accessibility links

Uşaq Hüquqları Liqasının rəhbəri Yusif Bəkirovun Amerikanın Səsinə müsahibəsi

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu barədə BMT Baş Assambleyası 1 iyun 1950-ci ildə qərar qəbul edib.

Azərbaycan Respublikası

21 iyul 1992-ci ildə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya edib. Ölkə uşaq hüquqlarının qorunması və müdafiəsi, uşaq əməyinin istismarına qarşı mübarizə ilə bağlı çoxsaylı beynəlxalq sənədlərə qoşulub.

Milli Məclis uşaq hüquqlarının müdafiəsi sahəsində qanunlar qəbul edib. İcra strukturlarında uşaqların hüquqlarını müdafiə edən qurumlar fəaliyyət göstərir. Hökumət uşaqlarla bağlı dövlət proqramlarını həyata keçirir.

Dövlət Statistika Komitəsinin məlumatına görə,

2017-ci ildə Azərbaycanda 2 219,8 milyın uşaq (0-14 yaş) olub. Əhalinin hər min nəfərindən 318-i 14 yaşınadək olanlardır. Ölkədə 4427 ümumtəhsil məktəbi, 1750 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. 156 min müəllim var.

Bu gün dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib. Uşaqlarla bağlı müxtəlif konfranslar, konsertlər, şənliklər keçirilir. Bu il əvvəlki illərdən fərqli tədbirlər də qeydə alınıb. Belə ki, Bakı metropolitenində qatarlarda və stansiyalarda bütün elanları uşaqlar oxuyub.

please wait

No media source currently available

0:00 0:00:55 0:00
Yusif Bəkirov
Yusif Bəkirov

Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov

Amerikanın Səsinə müsahibəsində bildirib ki, Azərbaycanda uşaqların hüquqları dövlət tərəfindən qorunur.

“Amma uşaq hüquqlarının qorunması ilə bağlı aparılan işlər bizi qane etmir. İstəyirik ki, uşaq hüquqları BMT-nin Uşaq Hüquqları Konvensiyasında nəzərdə tutulan səviyyədə tam qorunsun”, o qeyd edib.

Yusif Bəkirovun Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:05:25 0:00

Bəkirov ölkədə uşaqlara pulsuz səhiyyə xidmətləri göstərildiyi, pulsuz təhsil verildiyini deyib. Bununla yanaşı, pullu səhiyyə və pullu təhsil müəssisələri də fəaliyyət göstərir.

“Ölkənin hər yerində uşaq poliklinikaları və məktəblər var. Amma uşaqların keyfiyyətli tibbi yardımla tam əhatə olunduğunu demək mümkün deyil. Ona görə ki, yaxşı və ya pis tibbi xidmət göstərən həkimlər, poliklinikalar var”.

Ekspert hesab edir ki, ölkədə uşaqların 100 faizə yaxını təhsilə cəlb olunur.

“Ancaq keyfiyyətli təhsil məsələsində problemlər var. Bu həllini tapmalıdır. Çünki ali məktəblərə qəbul olunanların əksəriyyəti repetitor yanına gedir”, o qeyd edib.

Bəkirov valideyn himayəsindən məhrum olan uşaqlara hökumətin qəyyumluq etdiyini bildirib.

“Onlar internatlarda qalırlar. Bu uşaqların hüquqları da digər uşaqlarla eyni səviyədə qorunur, təhsilə cəlb olunurlar”.

Ekspert uşaq əməyinin istismarı məsələsinə də toxunub.

“Uşaq əməyinin istismarı cüzidir. Çünki sosial vəziyyət o qədər ağırdır ki, böyüklər iş tapa bilmir. Uşaq əməyini əsasən valideynləri istismar edir. Belə hallar əsasən kəndlərdə baş verir. Valideynlər uşaqlarını fermalarda, tarlalarda işlədir. Şəhərlərdə isə bəzi hallarda avtomobillərin yudurdulmasında və başqa cüzi işlərdə uşaq əməyindəmn istifadə olunur”, o qeyd edib.

Bəkirov küçədə yaşayan uşaqlarla bağlı problemlərin də qaldığını deyib.

“Dövlət bu problemi də həll etməlidir. Doğrudur küçədə yaşayan uşaqlar üçün sığınacaqlar açılıb. Amma bu, problemin tam həlli deyil”, Bəkirov qeyd edib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG