Accessibility links

Uşaqların yerini təsbit edən ayaqqabılar [Video]


Uşaqların yerini təsbit edən ayaqqabılar
please wait

No media source currently available

0:00 0:01:21 0:00

Valideynlərin bəlkə də ən böyük qorxusu uşaqlarının itməsidir. Nyu Yorkda bir çirkət isə uşaqlarını nəzaərt altında saxlayıb, eyni zamanda isə onların azad və macəraçı şəkildə oynamalrına imkan yaratmaq istəyən valideyinlər üçün həll yolu tapıb.

Monkey uşaq sensoru telefondakı applikasiyaya bağlanandan sonra, mən uşağın ayaqqabısını geyindirirəm və ümid edirəm ki, o çox uzaqlaşmayacaq. Amma uzaqlaşsa, xəbərdarlıq gəlir. Əgər uşaq xəbərdarlıq perimetrini keçsə, artıq həyəcan siqnalı işə düşür.
Kim Gavin

Monkey sensoru uşaqları təhlükəsizlik, valideyinləri isə rahatlıq və dincliklə təmin edir.

TwinTech-in istehsal etdiyi bu sensor siqnal texnologiyasından istifadə edərək perimetr təyin edir. Uşaq həmin perimetrdən kənara çıxanda, smartfon applikasiyası həyəcan siqnalı verir.

“Mən valideyn olaraq çox qorxulu təcrübə yaşamışam və doğum günü şənliyində uşağımı itimişəm. Biz çox təlaşlandıq. O an mən, ‘əgər uşağımın uzaqlaşdığını birldirən bir şey olsa idi, bizə çox yardım edərdi’ deyə düşündüm. Beləcə daha sonra biz Monkey-i yaratdıq,” deyə Kim Gavin bildirir.

Gavinin övladı sağ-salamat evə qayıdıb. Amma onun yaşadığı təcrübə bu cihaza olan ehtiyacı vurğulayıb.

“Monkey uşaq sensoru telefondakı applikasiyaya bağlanandan sonra, mən uşağın ayaqqabısını geyindirirəm və ümid edirəm ki, o çox uzaqlaşmayacaq. Amma uzaqlaşsa, xəbərdarlıq gəlir. Əgər uşaq xəbərdarlıq perimetrini keçsə, artıq həyəcan siqnalı işə düşür. Bu siqnal səsli və vibrasiyalı olur,” Gavin deyir.

Bu cihaz valideyinlərə sözə baxmayan uşaqlarına daha rahat nəzarət etməyə yardım edə bilər.

XS
SM
MD
LG